Musa Quliyev: 2014-cü il Azərbaycan üçün sosial-iqtisadi yüksəliş ili olacaq
16.04.2014 [09:13]
“2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları göstərdi ki, Azərbaycan öz strateji sosial-iqtisadi inkişaf yolunu uğurla davam edib. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, 2014-cü il Azərbaycan üçün sosial-iqtisadi yüksəliş ili olacaq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, cari ildə Azərbaycanın əldə edəcəyi ən böyük nailiyyətlərdən biri ölkənin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olacaq: “Ötən il qeyri-neft sektorunda artım tempi 10 faiz olub və bu il də qeyd olunan temp saxlanılacaq. Cari ilin birinci rübündə əhalinin gəlirləri 4,5 faiz artıb, infilyasiya isə 2 faiz təşkil edib. Bu da göstərir ki, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bütün sahələr üzrə nailiyyətlər əldə olunub. Sosial yüksəlişin ən mühüm tərkib hissələrindən biri əhalinin sağlamlığının qorunması, əhalinin icbari tibbi müayinələrə cəlb olunmasıdır ki, ölkə rəhbəri də cari ildə məsələnin həlli ilə bağlı Fərman verib. Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində hökumətə verilən tapşırıqların icrası zamanı dörd milyondan çox insan dövlət hesabına icbari tibbi müayinədən keçib, onlara lazımi profilaktik yardımlar edilib”.
Azərbaycanın 2012-2013-cü illərdə BMT-nin qeyri-daimi üzvü seçilməsinin ölkənin beynəlxalq nüfuzunu daha da yüksəltdiyini deyən Musa Quliyev diqqətə çatdırıb ki, nəticədə ölkələr arasında əməkdaşlıq əlaqələri xeyli inkişaf edib, Azərbaycan dünya dövlətləri üçün əhəmiyyətli tərəfdaşa çevrilib: “Bütün bunlarla yanaşı, son 10 ildə Azərbaycanda 1500 səhiyyə müəssisəsi, 2000-dən çox məktəb tikilib və əhalinin istifadəsinə verilib. Bu sahədə Azərbaycanın böyük uğurları var. Qarşıya qoyulan məqsədin icrası nəticəsində 2018-ci ilə qədər ölkədə bütün səhiyyə ocaqlarının və təhsil müəssisələrinin inşası başa çatacaq”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda son üç ayda investisiya proqramları uğurla tətbiq olunub: “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində kəndlərdə içməli su təchizatı, ucqar ərazilərə təbii qazın verilməsi, yolların abadlaşdırılması işlərinə xüsusi önəm veriləcək. Qısa zamanda ölkədə 80 mindən çox Qarabağ əlilinin, şəhid ailəsinin və sosial təminata ehtiyacı olan insanların təqaüdləri artırılıb. Onların böyük bir qismi mənzil və avtomobillə təmin olunub, qalanlarının isə təminatının cari ildə başa çatacağı gözlənilir. Bu ilin “Sənaye ili” elan olunması ilə əlaqədar ölkədə texnoparklar tikilir, sənaye müəssisələrinin fəaliyyətinə xüsusi diqqət yetirilir. Hesabatda o da qeyd olunub ki, kənd təsərrüfatının inkişafı daima hökumətin diqqət mərkəzindədir və Azərbaycan kənd təsərrüfatı məhsullarını ixrac edən ölkəyə çevrilməlidir. Bunun üçün ölkədə rəqabət qabiliyyətli, yüksək rentaberlə işləyən kənd təsərrüfatı sisteminin yaradılması nəzərdə tutulub. Azərbaycanda demoqrafiq artım da müsbət istiqamətdə inkişaf edir. Ölkə əhalisinin 9 milyon 500 min nəfərə çatması göstərir ki, bu gün Azərbaycanda sosial-iqtisadi inkişaf yüksək templə irəliləyir, əhalinin sosial rifah halı xeyli yaxşılaşıb və əhali arasında uzunömürlülərin sayı ildən-ilə artır. Düşünürəm ki, dövlət başçısının rəhbərliyi ilə yürüdülən siyasət ölkənin bütün sahələri üzrə inkişaf tempində özünü göstərir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

