/ / Siyavuş Novruzov: Bəzi beynəlxalq QHT-lərin məqsədi insan hüquqları adı altında stabil bir ölkədə qarışıqlıq yaratmaqdır
Siyavuş Novruzov: Bəzi beynəlxalq QHT-lərin məqsədi insan hüquqları adı altında stabil bir ölkədə qarışıqlıq yaratmaqdır
16.04.2014 [09:13]
Corc Soros Fondu və bu kimi bir sıra beynəlxalq təşkilatların arxasında xüsusi qüvvələr dayanır və bu qüvvələr belə təşkilatların adı altında öz məqsədlərini həyata keçirməyə çalışırlar. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
S.Novruzov qeyd edib: “Corc Soros Fondunun Gürcüstanda, Ukraynada hansı işlər apardığının dəfələrlə şahidi olmuşuq. O cümlədən, başqa-başqa bu yönlü qeyri-hökumət təşkilatlarının məqsədi insan hüquqlarının müdafiəsi adı altında bu və ya digər şəkildə stabil bir ölkədə qarışıqlıq yaratmaq, ara qarışdırmaq və öz məqsədlərinə çatmaq üçün burada olan bəzi qüvvələrdən istifadə etməkdir”.
S.Novruzov deyib ki, bu baxımdan Milli Məclisdə də qanun qəbul olunub və bu qanunda QHT-lərin xaricdən maliyyələşməsi və digər məsələlər ciddi şəkildə qoyulub: “Azərbaycanda kimsə din pərdəsi altında, insan hüquqları adı altında və digər adlar altında hər hansı bir təxribat həyata keçirmək istəyərsə, bunun qarşısını almalıyıq və qəti şəkildə buna imkan verməməliyik”.
S.Novruzov bu cür təşkilatların yerli QHT-lərə ayırdığı qrantları mənimsədiyini də diqqətə çatdırıb: “Bunlar Azərbaycanda da yerli QHT-lərə qrant ayırır, amma böyük hissəsini özlərinə götürürlər. Burada həm də bir pul silmə əməliyyatı var. Müəyyən QHT-lərə özlərinin tələbatına uyğun olaraq rəy yazmaq tapşırığı verirlər, yəni həqiqətdən uzaq, böhtan, yalan, Azərbaycanın imicini korlamaq üçün ortaya atılmış fikirlər və s. Bu tapşırıqları verdikdə QHT-lərə maliyyə də ayırırlar. Həm də hesabat verdikləri təşkilatların bilməməsi üçün QHT-lərlə bir yerdə bu pulların tamamilə mənimsənilməsinə şərait yaradırlar”.
Millət vəkili əlavə edib ki, bu cür təşkilatlar bir neçə dəfə seçki ilə bağlı Azərbaycanda da yerli QHT-lərə külli miqdarda vəsait ayırmışdı: “Bu vəsaitlərlə bağlı həm vergidən yayınma, həm də bu vəsaitin düzgün xərclənməməsi istintaq orqanları tərəfindən müəyyənləşdirildi, indi iş məhkəmədədir. Bu da ondan irəli gəlir ki, bu təşkilatlar QHT-lərə ona görə göz yumurlar ki, o pulların bir hissəsini özləri mənimsəyirlər”.
Xəbər lenti
Hamısına baxİdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05

