“ADA” Universitetində Niderland Krallığının nümayəndə heyəti ilə görüş olub
24.04.2014 [09:10]
Aprelin 23-də “ADA” Universitetində Niderland Krallığının işgüzar nümayəndə heyəti ilə görüş olub.
AzərTAc xəbər verir ki, görüş “ADA” Universiteti və “Maastrixt Menecment” Məktəbinin birgə əməkdaşlığı çərçivəsində keçirilib.
Qonaqları salamlayan xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışıb.
Hafiz Paşayev bu cür görüşlərin iki ölkə arasında diplomatik, mədəni, o cümlədən təhsil sahəsində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Hafiz Paşayev, “ADA” Universiteti ilə bir çox ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndiyini qeyd edib.
Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, nümayəndə heyətinin rəhbəri Rene Van der Linden iki ölkə arasında sosial-iqtisadi, təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsen işgüzar görüşlərin iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını söyləyib.
Tədbirdə “ADA” Universitetinin və “Maastrixt Menecment” Məktəbinin tarixi, strukturu, hədəfləri haqqında məlumat verilib.
Görüşdə “ADA” Universitetinin strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynov nümayəndə heyətinə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən irimiqyaslı regional layihələr haqqında məlumat verib.
Səfər çərçivəsində Niderland Krallığının nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcək.
Aprelin 24-də “ADA” Universitetində Niderlandın Azərbaycandakı səfirliyi tərəfindən Kral Günü münasibətilə qəbul təşkil ediləcək.
Bundan əlavə, nümayəndə heyəti MsM məzunları və cari “ADA” Universiteti-MsM MBA iştirakçıları ilə də görüşəcək.
“ADA” Universiteti Niderlandın “Maastrixt Menecment” Məktəbi ilə birgə Ekzekyutiv MBA proqramını həyata keçirir.
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19

