Bakıda “Sosial medianın idman jurnalistikasına təsiri” mövzusunda forum keçirilib
30.04.2014 [08:53]
Aprelin 29-da Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi “JW Marriott Absheron Baku” mehmanxanasında işini davam etdirib.
AzərTAc xəbər verir ki, konqresin ikinci günündə əvvəlcə UEFA-nın media və ictimaiyyətlə əlaqələr üzrə meneceri Tomas Qiardano və Beynəlxalq Universitet İdmanı Federasiyasının baş katibi Erik Saintrond təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda mətbuat konfransının təşkili, “mix-zona”da idmançılardan müsahibənin alınması və sosial mediada idman jurnalistikasının inkişafı barədə məlumat verilib, müxtəlif universiadalardan görüntülər nümayiş olunub.
Sonra konqres çərçivəsində “Sosial medianın idman jurnalistikasına təsiri” mövzusunda forum keçirilib.
Forumda Beynəlxalq Olimpiya Komitəsinin aparat rəhbəri Josen Farber, “Frans Press” agentliyinin idman bölməsinin rəhbəri Vinsent Amalvi, “Getty İmages” foto şirkətinin direktoru Stev Rose və digərləri iştirak ediblər.
Tədbirdə sosial medianın (“Facebook”, “Twitter”, “Youtube” və s.) idman jurnalistikasına təsiri barədə müzakirələr aparılıb. Müzakirələrdə ənənəvi media ilə “yeni media”nın müqayisəsi əsas mövzu olub. Həmçinin, sosial medianın jurnalistikada səbəb olduğu inqilabi dəyişikliklər və müxbirlərin informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, sosial media texnologiya imkanlarından yararlanmaqla ünsiyyəti interaktiv dialoqa çevirir. Saytlar, sosial şəbəkələr, bloqlar, ünsiyyət proqramları (MSN, Skype və s.) insanların bir-biri ilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradır. Bu çərçivədə internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları asanlıqla əldə etmiş olurlar.
Xəbərin operativliyi baxımından sosial medianın rolunu yüksək qiymətləndirən natiqlər irimiqyaslı turnirlərdən sosial şəbəkələr vasitəsilə xəbərlərin birbaşa ötürülməsinin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, günümüzdə jurnalistlər təkcə ənənəvi media vasitəsilə qazandıqları statusla kifayətlənməməlidirlər. Yazarlar aparıcı sosial şəbəkələrdə fəal olmalı, paylaşdıqları xəbərlərlə insanlara təsir etməyi və gündəmdə qalmağı bacarmalıdırlar.
İdman jurnalistikasının rəngarəng olduğunu diqqətə çatdıran forum iştirakçıları yeni nəslin bu sahəyə maraq göstərdiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, bu sahənin dayanıqlığı üçün gənc nəslin yüksək intellektə və texnoloji biliklərə sahib olması şərtdir. Jurnalistikanın bu istiqaməti həmişə inkişafda olacaq. Buna səbəb yeni nəsildə idmana olan sevgidir.
Natiqlər təmsil etdikləri qurumların sosial media platformalarındakı səhifələrini, həmçinin internet saytlarını gün ərzində milyonlarla insanın ziyarət etdiyini, keçirilmiş idman tədbirləri ilə bağlı xəbərlərlə rahat şəkildə tanış olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, ənənəvi media qısa müddətdə idman auditoriyası ilə belə interaktiv əlaqə qurmaq imkanına sahib deyildir. Ənənəvi mediadan fərqli olaraq sosial platformada insanlar fikirlərini rahat ifadə edə, təkliflərini və tənqidlərini səsləndirə bilirlər. Qurulan interaktiv əlaqələr sosial media qurumlarının, jurnalistlərin daha da inkişafına təkan verir.
Sonda mövzu ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

