Novruz Məmmədov: Azərbaycanın maraqlarına xələl gətirən heç bir addım atılmamalıdır
31.05.2014 [09:45]
“Prezidentin məktubunun əsas mahiyyəti ondan ibarətdir ki, Ermənistan bu ittifaqa qəbul edilərsə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunsun”
“Azərbaycan Prezidenti Avrasiya İqtisadi İttifaqının təsisçiləri olan Rusiya, Qazaxıstan və Belarusun dövlət başçılarına həqiqətən də məktubla müraciət edib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, bu gün beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın olmaması müəyyən addımların atılmasına gətirib çıxarır: “Bu kontekstdə Avrasiya ərazisində yeni qurumun yaranmasını normal hesab etmək lazımdır. Bura üzvlük məsələsində bizi maraqlandıran Ermənistandır. Ermənistan 20 ildən artıqdır Azərbaycanın ərazilərinin bir hissəsini işğal altında saxlayır. Bununla bağlı BMT TŞ-nin 4 qətnaməsi, beynəlxalq təşkilatların mövqeyi var. Üstəlik, Minsk Qrupunun həmsədrləri bir neçə bəyanat veriblər ki, münaqişə ilə bağlı indiki status-kvonu saxlamaq olmaz. Bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Bu prosesdə isə bizi təmin edəcək güclü addım atılmır. Bu çərçivədə düşündük ki, Ermənistan hansı şərtlərlə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına üzv ola bilər. Bununla bağlı Azərbaycan Prezidentinin müraciəti oldu və bu müraciəti də Qazaxıstan Prezidenti Nazarbayevin dediyi kimi, artıq təsisçi dövlətlərin rəhbərləri alıblar”.
N.Məmmədovun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayaraq orada özünün işğalını müəyyən mənada qəbul etdirmək, bununla bağlı siyasi, iqtisadi, mədəni və digər addımlar atmaqla bu qurumlara üzv ola bilməz: “Məktubun da əsas mahiyyəti ondan ibarətdir ki, belə bir proses baş verərsə, beynəlxalq hüquq, onun norma və prinsiplərinə əməl olunsun. Orada həmçinin göstərilir ki, siz dövlət başçılarının Azərbaycanla yaxşı münasibətləriniz var, bu çərçivədə Azərbaycanın maraqlarına xələl gətirən heç bir addım atılmamalıdır. İlk andan məktuba müsbət mövqe bildirilib. Qazaxıstan Prezidenti Nazarbayev söylədi ki, bu məsələyə diqqətlə baxmalıyıq və Azərbaycan Respublikasını narazı sala bilmərik. Ermənistanın rəhbərliyi bir qədər əvvəl bəyan etdi ki, bu quruma üzv olacaq. Baxmayaraq ki, 3 il Avropa İttifaqı və onun rəhbərləri ilə manevrlər etdi, işlərini qurdu, söz verdi, vəd verdi. Lakin Ermənistanın prezidenti bir səhər yuxudan durub bəyan etdi ki, mən Avrasiya İttifaqına üzv olmağı qərara almışam”.
N.Məmmədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planının olub-olmaması ilə bağlı suala belə cavab verib: “Biz hələlik bunu düşünmürük. Bizi burada maraqlandıran yalnız Ermənistanın ittifaqa üzvlüyü məsələsidir”.
N.Məmmədov onu da vurğulayıb ki, bu gün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadığı üçün dünyada qaynar nöqtələr yaranıb və problemlər meydana gəlib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

