/ / Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də regional səviyyədə intensiv inkişaf edir
Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də regional səviyyədə intensiv inkişaf edir
19.06.2014 [09:47]
İyunun 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
AzərTAc xəbər verir ki, əvvəlcə təkbətək, sonra geniş formatda keçirilən görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.
Azərbaycan-Rusiya əlaqələrinin strateji xarakter daşıdığını deyən Elmar Məmmədyarov bildirib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. E.Məmmədyarov rusiyalı həmkarı ilə görüşdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi yollarına dair səmərəli fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. O, söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə mövzusu olduğunu söyləyib.
Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin də mühüm rol oynadığını qeyd edən E.Məmmədyarov həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Sergey Lavrov bildirib ki, Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də regional səviyyədə intensiv inkişaf edir.
Hər iki ölkənin strateji tərəfdaşlar olduğunu vurğulayan S.Lavrov azərbaycanlı həmkarı ilə danışıqların səmərəli şəkildə keçdiyini bildirərək deyib: “Biz münasibətləri dostluq, qarşılıqlı anlaşma əsasında inkişaf etdiririk. Ötən dövrdə nümayəndə heyətlərinin ən intensiv mübadiləsi məhz Azərbaycan ilə baş vermişdir”.
Keçən ilin avqustunda Prezident Vladimir Putinin Azərbaycanda səfərdə olduğunu xatırladan S.Lavrov bu ay parlament və digər rəsmi səviyyələrdə Rusiya nümayəndə heyətlərinin ölkəmizə səfər edəcəklərini bildirib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin daha da inkişafına töhfə verdiyini əlavə edib.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladan rusiyalı nazir görüşdə ölkələrimiz arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində inkişafı ilə bağlı razılıq əldə olunduğunu da söyləyib.
S.Lavrov bildirib ki, söhbət zamanı, həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələyə də toxunulub, bu ilin sentyabrında Həştərxanda keçiriləcək sammitə hazırlıq müzakirə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

