Siyavuş Novruzov: Müxalifət heç vaxt Azərbaycan xalqı haqqında düşünmür
21.06.2014 [11:11]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov parlamentin iyunun 20-də keçirilən növbədənkənar iclasında Türkiyə diplomatlarının İŞİD təşkilatı tərəfindən girov götürülməsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, millət vəkili deyib ki, Türkiyə Azərbaycan üçün qardaş ölkədir: “Əgər bu gün türk diplomatlarına qarşı bu cür addımlar atılırsa, deməli, bu hərəkət bizə qarşı da edilir. Bu baxımdan, NATO Parlament Assambleyasının 86-cı Rouz-Rout seminarının yekun bəyannaməsində Assambleyanın prezidenti də NATO ölkələrindən xahiş etdi ki, bu məsələyə dəstək göstərsinlər. Hesab edirəm ki, biz də hansısa formada bu məsələyə dəstək göstərməliyik”.
Siyavuş Novruzov, həmçinin, qeyd edib ki, seminarda iştirak edən Ermənistandan olan deputatların əsas informasiya mənbəyi Azərbaycanda olan bir sıra müxalifət partiyalarıdır: “Erməni deputatlar bir sıra QHT-lərin materiallarını misal gətirərək Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən fikirlər səsləndirirdilər. Dəfələrlə dediyimiz kimi, bu da onu göstərir ki, müxalifət heç vaxt Azərbaycan xalqı haqqında düşünmür. Onlar həmişə erməni və digər düşmənlərlə əlbir olmağa hazırdırlar ki, Azərbaycan haqqında hər hansı bir mənfi informasiya yayılsın. Həmin seminarda da bunun şahidi olduq”.
Millət vəkili onu da qeyd edib ki, müxalifət partiyaları parlamentdə QHT-lərlə bağlı qanun layihəsinə edilən dəyişiklikləri tamam başqa bir formada müxtəlif beynəlxalq təşkilatlara çatdırırlar: “Guya QHT-lər hüquq-mühafizə orqanlarının nəzarəti altına düşür, hər dəqiqə onlara hesabat verirlər. Qeyd etməliyəm ki, həmin qanunda konkret olaraq şəffaflıq məsələsi ortaya qoyulub ki, QHT-lərin xaricdən aldığı qrantı hansı formada xərcləməsi barədə ictimaiyyətə məlumat verilsin. Məgər qanunda hansı qəbahətli iş var? Hesab edirəm ki, qanun layihəsi aydın şəkildə bir daha ictimaiyyətə şərh olunmalıdır”.
Spiker Oqtay Əsədov isə millət vəkili Siyavuş Novruzovun səsləndirdiyi fikirlərə belə münasibət bildirib: “Bir daha təkrar edirəm ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Azərbaycanın milli maraqları hər şeydən öndə gedən məsələdir. Əgər milli maraqlarda Azərbaycanın mövqeyini dəstəkləməyən və buna zidd fikirlər söyləyən varsa, həmin şəxsləri bütün media nümayəndələri görür. Bir-iki qəzetdən başqa heç bir yerdə bu haqda məlumat görmədim. Lakin kimsə bir-birini söysə, bütün mətbuatda bu barədə yazılar dərc olunur. Ona görə bu məsələləri parlamentlə yanaşı, mediada da qabartmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29

