Nazirlər Kabinetində Oksford Universitetinin alimləri ilə görüş keçirilib
24.07.2014 [10:05]
Azərbaycan Respublikası Nazirlər Kabinetində ölkəmizdə səfərdə olan Oksford Universitetinin alimləri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, Baş nazirin müavini Elçin Əfəndiyev görüşdə dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından biri sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verilən ən böyük qiymət adlandırıb. Belə bir mərkəzin yaradılmasının elmi əhəmiyyətini vurğulayan Elçin Əfəndiyev bu əlamətdar hadisənin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yanaşı, gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından xüsusi önəm daşıdığını söyləyib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Oksford Universitetində yaradılmış Elmi Mərkəzin Azərbaycan və ölkənin yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis edilən ilk elmi tədqiqat ocağı olduğunu deyib. Oksford Universiteti ilə əməkdaşlığın uğurlu nəticələrinin olacağına inandığını qeyd edən Nərgiz Paşayeva Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının əsərlərinin belə bir müstəvidə bu ali təhsil ocağının alimlərinə tanıdılacağından məmnunluğunu bildirib.
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu və Oksford Analitika tədqiqat mərkəzinin üzvü Edmund Herzig, Şərqşünaslıq İnstitutunun professoru və Nyu York Universitetinin Antik Araşdırmalar Mərkəzinin aparıcı elmi tədqiqatçısı Robert Hoyland, Şərqşünaslıq İnstitutunun ərəb filologiyası və ərəbşünaslıq üzrə müəllimi Culyan Foltles göstərilən diqqətə görə təşəkkür ediblər. Qonaqlar Azərbaycanın elm xadimlərinin əsərlərinin tərcümə olunaraq geniş ingilisdilli auditoriyaya tanıdılmasını vacib saydıqlarını qeyd ediblər.
Xatırladırıq ki, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması professor Nərgiz Paşayevanın təşəbbüsü ilə həyata keçmişdir və bu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının və Oksford Universitetinin birgə layihəsidir.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

