Türkiyədə ilk dəfə ümumxalq səsverməsi ilə prezident seçkiləri keçirilib
12.08.2014 [09:50]
Eldar İbrahimov: Seçkilər çox sakit şəraitdə, müsbət ab-havada, qanunlar çərçivəsində keçirildi
Məlum olduğu kimi, avqustun 10-da Türkiyədə prezident seçkiləri keçirilib. Türkiyədə prezidentin ilk dəfə olaraq ümumxalq səsverməsi əsasında seçildiyi seçkilərin ilkin nəticələrinə əsasən, Baş nazir Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Xatırladaq ki, seçicilər 3 namizədə səs veriblər: hakim Ədalət və İnkişaf Partiyasının namizədi, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) və Milliyyətçi Hərəkat Partiyasının namizədi, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu və “Xalqların Demokrat Partiyası” (HDP) sədri Səlahəddin Dəmirdaş. İlkin nəticələrə görə, ikinci yerdə Ekmələddin İhsanoğlu, üçüncü yerdə isə Səlahəddin Dəmirdaş gəlir. Seçkilərin yekun nəticəsi isə Türkiyə Yüksək Seçim Kurulu tərəfindən avqustun 15-də rəsmən açıqlanacaq. Türkiyənin fəaliyyətdə olan Prezidenti Abdullah Gülün səlahiyyətləri avqustun 28-də başa çatır.
Seçkilərdə əhalinin iştirakına gəlincə, ilkin məlumatlara görə, səsvermə hüququ olan 53 milyon vətəndaşın 74 faizi səsvermədə iştirak edib.
Qeyd edək ki, 2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.
Türkiyədəki seçkiləri Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov və millət vəkili Sədaqət Vəliyeva da müşahidə ediblər. Millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva Ankarada, Eldar İbrahimov isə İstanbuldakı seçki məntəqələrində müşahidələr aparıblar.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Tükiyədəki seçkilərlə bağlı təəssüratlarının yüksək olduğunu deyib: “İstanbulun Çamlıca bölgəsindəki 24 məntəqədə müşahidə apardım. Türkiyədə insanların seçkiyə münasibəti çox yüksəkdir. Mən bunu Türkiyədə sonuncu parlament seçkilərini müşahidə etdiyim zaman da görmüşdüm. İstər yaşlılar, istərsə də gənclər böyük həvəslə səsvermədə iştirak edirdilər”.
Eldar İbrahimov səsvermənin texniki cəhətdən yüksək səviyyədə təşkil olunduğunu da deyib: “İnsanların rahatlığı üçün çoxsaylı kiçik məntəqələr təşkil olunub, hər məntəqədə 400 nəfərə yaxın insanın səs verməsinə şərait yaradılıb. Doğrudur, burada Azərbaycandakı seçkilərdə olduğu kimi, məntəqələrdə kameralar quraşdırılmayıb, “exit-poll”lar keçirilməyib. Lakin bir çox Avropa ölkələri ilə müqayisədə, Türkiyədəki seçkilərin daha yaxşı təşkil olunduğunu deyə bilərəm. Ümumilikdə, seçkilər çox sakit şəraitdə, müsbət ab-havada, qanunlar çərçivəsində keçirildi”.
Göründüyü kimi, Türkiyənin prezidentin ümumxalq səsverməsi ilə seçilməsi təcrübəsini ilk dəfədir yaşamasına baxmayaraq, proses kifayət qədər sabit və şəffaf şəraitdə baş tutub. Bu isə onu deməyə əsas verir ki, Türkiyədəki sabitlik və inkişaf prosesi prezidentin seçilməsi ilə başlanan yeni mərhələdə də davam edəcək.
Hülya
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

