/ / Qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
Qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
15.08.2014 [10:27]
Avqustun 14-də Ağstafa rayon Təhsil Şöbəsində keçirilən regional tədbirdə qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr müzakirə edilib.
AzərTAc xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Gəncə, Mingəçevir şəhərlərini, Yevlax, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarını təmsil edən fəal qadınlar iştirak ediblər.
Görüşdə çıxış edən Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev rayonun ictimai-siyasi həyatında qadınların rolundan, fəal qadınlara yaradılan şəraitdən söz açıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkə qadınlarının qarşısında yeni məqsəd və vəzifələr dururdu. Belə bir şəraitdə qadınların dövlət idarəetmə sistemində lazımi səviyyədə təmsil olunması üçün Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı müvafiq istiqamətdə mühüm dövlət sənədi olub.
Vurğulanıb ki, Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da qadınlarımızın ictimai-siyasi həyatda fəallığının artırılmasına təkan verib.
Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınların rolundan danışan S.Qəhrəmanova bildirib ki, məqsədimiz zərif cinsin nümayəndələrinin seçkilərdə fəallıq nümayiş etdirmələri, qadın bələdiyyə üzvlərinin sayının daha da artmasına nail olmaqdır.
Qeyd olunub ki, bələdiyyə seçkilərində qadınların fəallığı nəticəsində ölkə üzrə qadın bələdiyyə üzvlərinin sayı 4 faizdən 20 faizə çatdırılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin qadınlara örnək olduğunu vurğulayan S.Qəhrəmanova xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətimizin və incəsənətimizin bütün dünyada təbliğində onun xidmətlərinin əvəzsiz olduğunu bildirib.
Tədbirdə çıxış edən tovuzlu fəal qadın Svetlana Verdiyeva bildirib ki, bu gün rayon əhalisinin yarısını qadınlar təşkil edir. Onların 54,3 faizi ictimai-faydalı əməklə məşğul olur. Rayon qadınlarının 21,8 faizi dövlət idarəetmə orqanlarında, 63,6 faizi isə digər müəssisələrdə çalışırlar. Tovuz rayonunda bələdiyyə üzvlərinin 30 faizdən çoxunu qadınlar təşkil edir.
Digər çıxış edənlər də qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49

