Siyavuş Novruzov: Kramer özünü sığortalamaq üçün belə “sarsaq” bəyanatlar yayır
09.09.2014 [09:37]
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- “Freedom House” təşkilatının rəhbəri David Kramer ənənəvi ampluasında çıxış edərək, ölkəmizlə bağlı anormal bəyanat yayıb. Bu bəyanatın hansısa siyasi xarakter daşıdığını demək olarmı?
- “Freedom House” təşkilatı hər zaman Azərbaycana qərəzli mövqedən yanaşır. Təbii ki, qeyri-hökumət təşkilatının nə deməyindən asılı olmayaraq, Azərbaycanın dövlətlərarası münasibətləri mövcuddur. Bu kimi təşkilatların ara qarışdırmasının başlıca səbəbi Azərbaycanın iqtisadi inkişafını, aparılan islahatları gözü götürməməyidir. Məlum olduğu kimi, ölkəmizdə hər kəsin qanun qarşısında bərabər olması qanunun aliliyinin əsas göstəricisidir. Eyni zamanda, təşkilatın rəhbəri David Kramerin həyəcanını başa düşürəm, çünki onun əməlləri ifşa olunub, aşkara çıxıb. Artıq bu barədə Amerikanın müvafiq təşkilatlarına məlumatlar çatdırılır. Çünki Leyla Yunus əməliyyatından sonra meydana çıxan xaricdən maliyyələşən QHT-lərin aldığı qrantlardan “Freedom House” kimi təşkilatlara faizlərin verilməsi, bu təşkilatların erməni lobbisindən pul alıb Azərbaycanın əleyhinə neqativ informasiyalar yayması izahatlarda kifayət qədər öz əksini tapıb. Görünən odur ki, Kramer də bu vəziyyətdən olduqca həyəcanlıdır. Artıq onun ifşa olunması, eyni zamanda, onun qrupuna daxil olan ermənilərin də narahatlığıdır. Buna görə də Kramer özünü sığortalamaq üçün belə “sarsaq” bəyanatlar yayır.
- D.Kramer əksər ekspertlərdən fərqli olaraq, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini iddia edir. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi müddətində belə bir bəyanatın səslənməsi nədən qaynaqlanır?
- Bu, qəti şəkildə düzgün deyil. Hər hansı bir ölkənin beynəlxalq quruma sədrlik etməsi növbəlilik prinsipinə əsasən həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bir müddət bundan əvvəl BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmişdi. Eyni zamanda, Azərbaycan sədrliyi dövründə iclaslarda yüksək səviyyədə təşkilatçılığı, idarəçiliyi, hər bir ölkəyə bərabər şəkildə yanaşması ilə ikili standartlardan uzaq addımlar atıb. Sədrlik öhdəliyi Avropa Şurasına da aiddir. Təbii ki, Azərbaycan haqqında bu cür düşüncə tərzi də gözü götürməzlikdir. Bu da onun Azərbaycana qarşı yeritdiyi qeyri-obyektiv, düşmənçilik siyasətinin bariz nümunəsidir. Halbuki, belə təşkilatlar əslində neytral olmalıdır. Ancaq həmin təşkilatın neytrallığından əsər-əlamət yoxdur.
- Beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı qərəzli mövqenin ortaya qoyulmasında Azərbaycanın dağıdıcı müxalifəti ilə David Kramer kimilərin xüsusi fəallığının rol oynadığını demək olarmı?
- Təbii ki, belədir. Başqa təşkilatlar, eləcə də, bir-iki siyasi partiya özləri tərəfindən maliyyələşdirilən QHT-lərin mənbəyi, verdiyi informasiya bazası əsasında işlərini qururlar. Çünki onların verdiyi məlumatların hamısı hazırdır. Onlar hər tərəfi dinləyib, izahat və təklif alıb bu kimi məsələlərə münasibət öyrənməyiblər. Bu baxımdan, məhz belə təşkilatların verdiyi bəyanatlara qətiyyən fikir vermək lazım deyil.
- Sizcə, siyasi partiyaların Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən QHT rəhbərlərini himayə etməsinin arxasında dayanan məqamlar nədən ibarətdir?
- Onların məqsədi əsasən Azərbaycanın daxilində çaşqınlıq yaratmaq, ölkəni zəiflətmək, dövlətin inkişafına ziyan vurmaqdır. Bu kimi hərəkətlər də bilavasitə ermənilərin təhriki əsasında baş verir. Onların ayırdığı maliyyə də məhz bu kimi niyyətlərə hesablanıb.
- AXCP məlum cinayətlər ilə əlaqədar həbs olunan QHT rəhbərlərinin hüquqlarının müdafiəsi ilə bağlı aksiyalar keçirməyi planlaşdırır. Sizcə, AXCP kimi bir partiyanın genişmiqyaslı aksiya keçirməyə gücü yetərlidirmi?
- Elə onlar da ermənilərin tayıdır. Aksiya keçirmək üçün ayrılan maliyyə vəsaitinin böyük əksəriyyəti həmin anda partiya rəhbərliyi tərəfindən “silinir”, yəni yeyilir. Onlar, sadəcə, gəncləri pulla yoldan çıxarıb dövlətin və ya hökumətin əleyhinə hər hansı çağırışlara sövq edərək vətəndaşların şəxsi əmlakına ziyan vurmaqla məşğuldurlar. Gənclər başa düşməlidirlər ki, onları bu üsullarla aldadanların əsas məqsədləri aksiyalardan pul qoparıb, özlərinin həyat tərzini yaxşılaşdırmaqdır. Ona görə də onların nəinki gənclər, heç demokratiya və inkişafla bağlı da heç bir layihələri yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

