Siyavuş Novruzov: Qurultayda məğlub olan qrup “Müsavat”ı tərk edəcək
24.09.2014 [09:37]
“Müsavat Partiyası daxilində elə qruplaşma gedir, artıq o qruplaşma arasında o qədər kəskin fikir ayrılığı var ki, qurultayda bunlardan hansı seçilsə, məğlub olan o biri qrup avtomatik partiyanı tərk edəcək”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. O qeyd edib ki, namizədlər bir-birini kəskin ittiham edirlər: “Biri o birinə deyir “potensialın tükənib”, o biri buna deyir “insanları tanımaq şansı aşağıdır”, yaxud deyir “mən İsa Qəmbərin kabinetində gedib oturacağam”. İndidən hələ İsa Qəmbər çıxmamış onun kabinetinə göz dikiblər. Bir sözlə, onların namizəd kimi yetişdirdikləri bu düşüncəli insanlardır. O qədər kəskin qarşıdurma var ki, məğlub olan qrup partiyanı tərk edəcək”.
S.Novruzov deyib ki, hazırda seçki qabağı “Müsavat”da iki qrup var - mühafizəkarlar və islahatçılar. Mühafizəkarlar Arif Hacılı və ətrafı, qalanları isə islahatçılardır: “İslahatçıların iradı odur ki, Arif Hacılının təmsil etdiyi qrup - başda İsa Qəmbər olmaqla - 20 ildir ki, partiyanı nüfuzdan salıb, partiya bütün seçkilərdə uduzaraq geri gedib və ən əsası, tərəfdaşı olduqları partiyalarla münasibətdə də intriqalar yaranıb. Məsələn, AXCP ilə münasibətləri göz qabağındadır. İslahatçılar deyir ki, biz islahatlara getməliyik və bunun nəticəsində də partiya inkişaf edib yeni nəfəsə sahib olmalıdır”.
YAP İcra katibinin müavini bildirib ki, indiki ərəfədə “Müsavat”dakı qruplardan biri partiyanı gəlir mənbəyi olan zavoda çevirib. Onun sözlərinə görə, bu qrup digərlərini uzaqlaşdıraraq islahatların qarşısını almaq istəyir ki, partiyanı zavod kimi saxlasın: “Əgər mən ad çəksəm, dərhal elə başa düşəcəklər ki, iqtidar o biri qrupu dəstəkləyir və ona görə kiminsə adını çəkib ittiham edir”.
S.Novruzov onu da deyib ki, Müsavat Partiyası qurultayının keçirilib-keçirilməməsi hələ də sual altındadır: “Hər gün bir qərar qəbul edirlər. Gah deyirlər yerimiz balacadır, gah deyirlər pulumuz yoxdur icarə haqqını ödəmək üçün və sair”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

