Əli Hüseynli: Qarabağ məsələsində Azərbaycanın mövqeyi qətiyyətli və birmənalıdır
27.09.2014 [10:44]
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” imzaladığı Sərəncam siyasi və hərbi baxımdan böyük əhəmiyyət kəsb edir. Sənədin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Qarabağ məsələsində Azərbaycanın mövqeyi qətiyyətli və birmənalıdır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarının getməsinə baxmayaraq, cəbhədəki son gərginlik problemin çox ciddi olduğunu bir daha göstərdi. Onun sözlərinə görə, proseslər onu deməyə əsas verir ki, danışıqlar öz bəhrəsini verməsə, ölkəmizin ərazi bütövlüyü təmin olunmasa, Azərbaycan beynəlxalq hüquqa söykənərək hərbi yolla torpaqlarını işğaldan azad edəcək.
Dövlət başçısının Sərəncamının hərbi baxımdan əhəmiyyətinə gəlincə, Ə.Hüseynli qeyd edib ki, sənəddə mühüm məsələlər nəzərdə tutulur. Onun sözlərinə görə, əhalinin cəbhə bölgəsində sayıqlığını artırmaq üçün könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması çox əhəmiyyətlidir. Çünki bu vəziyyət müharibə şəraitində olan ölkənin əhalisinin bu şəraitə daha yaxşı hazırlığını gücləndirəcək. Komitə sədri bildirib ki, 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” qanunun yeni redaksiyada işlənməsinin nəzərdə tutulması da günün tələbidir.
Cəbhə bölgəsi ilə əlaqədar kütləvi informasiya vasitələrində yayılan informasiyaların həssas məsələ olduğunu deyən Ə.Hüseynlinin sözlərinə görə, bununla əlaqədar ölkə Prezidentinin Sərəncamında mühüm məqamlar əksini tapır. “KİV-lərin, ümumilikdə vətəndaşların “Dövlət sirri haqqında” qanunun tələblərinə riayət etməsi ilə bağlı Sərəncamdakı müddəa böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu Sərəncamda, eləcə də verilən tövsiyələrdə irəli sürülən məsələlərin yerinə yetirilməsi təkcə dövlət orqanları üçün deyil, bütün əhali üçün vacibdir. Biz millət vəkillərinin üzərinə düşən vəzifə isə bu Sərəncamdan irəli gələn məsələlərdə, xüsusilə təbliğat işlərində öndə olmaqdır” - deyə, komitə sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

