/ / Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı erməni saxtakarlığına tutarlı cavabdır
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı erməni saxtakarlığına tutarlı cavabdır
16.10.2014 [09:43]
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunmuş “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixinə həsr olunan kitabın məziyyətlərindən danışıb. Bildirilib ki, akademik Ramiz Mehdiyevin bu kitabı tariximizi saxtalaşdırmağa çalışan erməni müəlliflərə tutarlı cavabdır. Çünki monoqrafiyada Dağlıq Qarabağın tarixi çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında təqdim edilir. Əsərin rus dilində çap olunması Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynayacaq.
Akademik U.Ələkbərov təkzibolunmaz faktlara istinadən Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqətləri əks etdirən belə vacib əsərin yazılmasına görə akademik Ramiz Mehdiyevə DİA-nın kollektivi adından minnətdarlığını bildirib.
Rektor əsərin Dövlət İdarəçilik Akademiyasında daha dərindən öyrənilməsinin və Azərbaycan dilinə tərcümə edilərək dövlət idarəçiliyi sahəsində hazırlanan gənc kadrların tədris proqramlarında yer almasının vacibliyini vurğulayıb.
Tədbirdə Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli, deputatlar Aydın Mirzəzadə, Elman Məmmədov çıxış edərək akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” adlı yeni əsərini tarixçilər, politoloqlar, ekspertlər və tədqiqatçılar üçün mühüm mənbə, həmçinin Azərbaycan elminə dəyərli töhfə kimi səciyyələndiriblər. Natiqlər əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktların, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahının verildiyini, ilkin mənbələrə əsaslanaraq əsl həqiqətlərin rusdilli oxucuya təqdim edildiyini, tarixi-fəlsəfi cəhətdən elmi ümumiləşdirmələrin aparıldığını xüsusi qeyd ediblər.
Müzakirədə DİA-nın birinci prorektoru, professor Əlikram Abdullayev, tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, professor Həvva Məmmədova, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, akademiyanın dosenti Elçin Əhmədov və başqaları çıxış edərək akademik Ramiz Mehdiyevin yeni kitabının əhəmiyyətindən danışıblar. Natiqlər akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının indiyədək bu mövzuda yazılmış əsərlər arasında mühüm yer tutduğunu xüsusi qeyd ediblər. Zəngin tarixi faktlara söykənən mühüm elmi-nəzəri ümumiləşdirmələrin yer aldığı kitabın ali məktəblərdə tədrisinin vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

