Türkdilli Dövlətlərin Biznes Şurasının növbəti toplantısı Qırğızıstanda keçiriləcək
28.10.2014 [09:44]
Türkdilli Dövlətlərin Biznes Şurasının 4-cü toplantısı Qırğızıstanın İssıkkul şəhərində keçiriləcək. Oktyabrın 24-də Şuranın Naxçıvan şəhərində keçirilən toplantısında bu barədə qərar qəbul edilib.
Bu barədə AzərTAc-a müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov məlumat verib.
R.Həsənov bildirib ki, Biznes Şurasının təşkilatçılığı ilə bu il noyabr ayının sonunda İstanbulda quruma üzv olan ölkələrin ticarət və sənaye palatalarının rəhbərlərinin iştirakı ilə toplantı da keçiriləcək. Həmin toplantıda sərmayə yatırımlarının coğrafiyasının genişləndirilməsi və əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.
Baş katib qeyd edib ki, bu il iyunun 5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Şuranın nəzdində birgə Sərmayələr Fondunun yaradılmasını təklif edib və bu təklif türkdilli ölkələrin prezidentləri tərəfindən dəstəklənib. Bodrum sammitinin deklarasiyasında da bu, öz əksini tapıb. Bununla bağlı Türkdilli Dövlətlərin Biznes Şurasının III toplantısında qərara alınıb ki, Azərbaycan Prezidentinin təklifini yerinə yetirmək üçün aparılacaq müzakirələrdən sonra Şura tərəfindən təkliflər paketi hazırlansın, üzv ölkələrin hökumətlərinə, xüsusilə həmin ölkələrin iqtisadiyyat və sənaye nazirliklərinə göndərilsin. Gələn il Qazaxıstanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə toplantısınadək Sərmayə Fondunun yaradılması ilə bağlı müzakirələrin yekunlaşacağı gözlənilir.
“İl ərzində Türkdilli Dövlətlərin Biznes Şurasının işində fəal iştirak edən iş adamlarının mükafatlandırılması təklifi də toplantıda müzakirə olundu və belə qərar qəbul edildi ki, Türkiyə tərəfinin bu məsələ ilə bağlı verdiyi təkliflər üzv dövlətlərin hökumətlərinə göndərilsin, əlavə və düzəlişlərdən sonra qəbul edilsin”, - deyən R.Həsənov əlavə edib ki, həmin xüsusi mükafat 6 nominasiyada iki ildən bir türkdilli ölkələrin iqtisadiyyat və sənaye nazirlərinin toplantısında iş adamlarına təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19

