QHT-media əlaqələrinin möhkəmləndirilməsi məsələsi müzakirə olunub
01.11.2014 [12:41]
Oktyabrın 31-də Milli QHT Forumu (MQF) “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı növbəti ictimai müzakirələr çərçivəsində “Vətəndaş cəmiyyətinin inkişafı məqsədilə QHT-media əlaqələrinin gücləndirilməsi” mövzusunda tədbir təşkil edib.
AzərTAc xəbər verir ki, MQF-nin prezidenti Rauf Zeyni tədbirdə çıxış edərək media və qeyri-hökumət təşkilatları arasında daimi əməkdaşlığın olduğunu, QHT-lərin həyata keçirdiyi tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırıldığını söyləyib.
Layihə haqqında məlumat verən R.Zeyni Konsepsiyadan irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələr çərçivəsində artıq üçüncü görüşün keçirildiyini, bundan əvvəlki mövzuların da aktual məsələlərə həsr olunduğunu bildirib. O, keçirilən müzakirələrin bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına xidmət etdiyini deyib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov QHT-media əlaqələrinin hazırkı vəziyyətindən, mövcud problemlərdən və mətbuatın üzərinə düşən vəzifələrdən danışıb.
Tədbirdə MQF-nin informasiya təminatı departamentinin rəhbəri Səbuhi Abbasovun “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və medianın rolu” mövzusunda məruzəsi dinlənilib.
Xatırladaq ki, MQF tərəfindən ictimai müzakirələr Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

