Gənclər Forumu: gələcəyin liderlərinin Bakı görüşü
13.11.2014 [09:59]
Hazırda dünyada yeni nəslin mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəldilməsi məsələsi aktuallaşıb. Cəmiyyətin müxtəlif sahələrində və beynəlxalq miqyasda müşahidə edilən ziddiyyətli, mürəkkəb və bir çox aspektlərdə müəmmalı proseslər göstərir ki, gənclərin tərbiyəsi böyük önəm kəsb edir. Hətta dünyanın aparıcı ölkələrində belə bu məsələ ciddi problem kimi qarşıda durur. Bu kimi məqamlar dövlətlər üçün gənclər siyasətinin prioritet olması zərurətini ortaya qoyur. Gənclər siyasəti üzrə birinci qlobal forumun Bakıda keçirilməsi, təbii ki, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ona olan etibarın təsdiqidir. Tədbirdə müzakirə olunan məsələlər bu qənaəti tam sübut etdi.
Proqnozlaşdırılan gələcək: təhsil, mədəniyyət, elm...
Heç şübhəsiz, belə bir mötəbər tədbirin Azərbaycanda təşkil edilməsi ciddi uğurdur. BMT-nin baş katibi Pan Gi Mun forum iştirakçılarına videomüraciətində vurğulayıb: “Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu forumun keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir...” (bax: Bakıda Gənclər siyasəti üzrə 1-ci qlobal forum keçirilir / AzərTAc, 28 oktyabr 2014).
Cənubi Qafqazda öz müstəqil mövqeyi, sürətli iqtisadi inkişafı, mədəniyyətlər və dinlərarası dialoqa həsr edilmiş mötəbər tədbirlərin məkanı olan Azərbaycanın həm də beynəlxalq nüfuzu yüksəlir. Dünyanın 80 ölkəsindən 700-dən artıq gəncin Bakıda dünya əhəmiyyətli problemləri müzakirə etməsi bütün bunlara görə tamamilə məntiqlidir. Təbii ki, bir Azərbaycan vətəndaşı kimi bundan qürur duymaq lazımdır.
Tədbirdə dövlət başçısının çıxış etməsi ayrıca əhəmiyyəti olan bir hadisə olub. Prezident İlham Əliyevin Forumda söylədiyi nitqində gənclərin müasir cəmiyyətdə oynamalı olduqları rol dəqiq ifadə olunub. Məsələyə lokal, regional və qlobal miqyasda müşahidə edilən proseslərin qarşılıqlı əlaqəsi aspektində diqqət yetirən ölkə rəhbərinin dərin və geniş təhlilləri, inandırıcı proqnozları böyük maraq doğurub.
Prezident İlham Əliyev nitqində vurğulayıb ki, “siyasətimizin sosial sahəsi vacibdir” (bax: əvvəlki mənbəyə). Ölkədə bu istiqamətdə həyata keçirilən çox səmərəli proqramların əksəriyyəti gənclərlə bağlıdır. Bu da təsadüfi deyil, çünki Azərbaycan rəhbərliyi cəmiyyətin gələcəyini düşünür, müstəqil dövlətçiliyin daim etibarlı əllərdə olması üçün ilk növbədə yeni nəslin qayğısına qalır.
Prezidentin forumda təhsil, idman, mədəniyyət, elm, incəsənət kimi sahələrin prioritet olmasını xüsusi vurğulaması həmin məqamla əlaqəlidir. Prezident İlham Əliyev çıxışının bir yerində söyləyib: “...biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər... Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır” (bax: əvvəlki mənbəyə).
Prezident İlham Əliyev dünyada dialoqun, əməkdaşlığın, ədalətin və qarşılıqlı hörmətin daha çox əhəmiyyət kəsb etdiyini vurğulayaraq, siyasətçiləri bu prinsiplərə əməl etməyə səsləyib. Gənclər gələcəyin liderləri olduqları üçün bu çağırışın ilk növbədə onlara aidiyyəti vardır. Xüsusilə, dövlət başçısının müasir dünya siyasətinin ən aktual məsələlərini dəqiq və dolğun xarakterizə etməsi fonunda bu, kifayət qədər maraqlı görünür.
Siyasət: təhlükəsizlik və sabitliyin təmini şərtləri
Ölkə rəhbəri çıxışında deyib: “Dünya terrorçuluğa qarşı mübarizədə, beynəlxalq hüququn və ədalətin müdafiəsində bir yerdə olmalıdır” (bax: əvvəlki mənbəyə). Bu fikir təsadüfdən formalaşmayıb. Təcrübə göstərir ki, müasir dövrdə sözdə ədalətdən, bərabərhüquqluluqdan, beynəlxalq tənzimləmə mexanizmlərinin obyektivliyindən danışılır, ancaq reallıqda fərqli mövqelər tutulur. Bunu Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkarlıq siyasətinə olan münasibətdə görmək olar.
Prezident İlham Əliyev isə məsələyə hər bir ölkənin həm daxilində, həm də sərhədlərindən kənarda eyni dərəcədə təhlükəsizlik və sabitlikdə maraqlı olmasının zərurəti müstəvisindən yanaşır. Etiraf etmək lazımdır ki, bu həm dərin məntiqi, həm də yüksək səmərəsi olan mövqedir. Çünki sözün həqiqi mənasında müstəqil, demokratik, güclü və ədalətli dövlət daxildə bir, xaricdə başqa siyasət yeritməməlidir.
Onu da demək gərəkdir ki, ekspertlər dövlət başçısının bu mövqeyini yüksək qiymətləndirir, onu dünya miqyasında səmərə verə biləcək siyasətin nümunəsi hesab edirlər (bax: məs., Sabitlik və təhlükəsizlik inkişaf üçün əsas şərtdir / “Yeni Azərbaycan” qəzeti, 1 noyabr 2014).
Daha sonra Prezident xüsusi olaraq qeyd edib ki, beynəlxalq hüquq dünya ölkələrinin hər birinə eyni dərəcədə şamil edilməlidir. “Ədalət hamı üçün olmalıdır... Beynəlxalq birliyin bütün ölkələri bərabər hüquqlara, eyni öhdəliklərə malikdirlər. Onların hamısına hörmət və ehtiramla yanaşmaq lazımdır. Belə olan halda dünya daha yaxşı proqnozlaşdırıla bilər” (bax: Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib / AzərTAc, 29 oktyabr 2014). Burada geosiyasi baxımdan çox əhəmiyyətli olan üç amil - hüquqi bərabərlik, ədalətli mövqe və proqnozlaşdırma imkanlarının olması bir-biri ilə vəhdətdə təqdim edilib.
Bütün bunlar forumun tarixi dəyərini göstərməklə bərabər, Azərbaycan gənclərinin hansı ruhda tərbiyə olunduğunu da göstərir. Onlar əməkdaşlığa və dialoqa hazır olan kadrlar kimi formalaşırlar. Tədbirdə iştirak edən yüzlərlə xarici həmyaşıdları ilə qurduqları ünsiyyət gələcəkdə səmərə verə bilər. Xaricdən gələn iştirakçılar azərbaycanlı gənclərin mənəvi-əxlaqi keyfiyyətləri haqqında düzgün təsəvvür əldə etməklə, böhtan atanların yalan danışıqlarına artıq inanmayacaqlar. Azərbaycanda yetişən gələcək liderlərin siyasi hazırlığının, fərqli mədəniyyətlərə dərin hörmətlərinin canlı şahidi olanlar bizim xalqın dostları olacaqlar. Bunu indidən əminliklə demək olar.
Newtimes.az
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48

