/ / Azərbaycanla Macarıstan arasında birgə qarşılıqlı etimada əsaslanan siyasi-iqtisadi əməkdaşlıq mövcuddur
Azərbaycanla Macarıstan arasında birgə qarşılıqlı etimada əsaslanan siyasi-iqtisadi əməkdaşlıq mövcuddur
14.11.2014 [09:32]
Aydın Hüseynov: Prezident İlham Əliyevin Macarıstana səfəri strateji əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır
“Azərbaycan-Macarıstan əlaqələri getdikcə daha dərin məna və məzmun kəsb etməkdədir. Son illərdə ölkələr arasında səmimi qarşılıqlı etimada əsaslanan siyasi-iqtisadi əməkdaşlıq dövlət başçılarının qarşılıqlı səfərləri çərçivəsində daha da möhkəmlənib. Prezident İlham Əliyevin Macarıstana növbəti səfəri isə güclü siyasi dialoqun və strateji əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Eyni zamanda, bu səfər iqtisadi sahədə də münasibətlərin inkişafına, ticarət dövriyyəsinin artmasına, həmçinin, digər sahələrdə yeni əməkdaşlığın yaranması üçün yaxşı perspektivlərə yol açır”. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov Prezident İlham Əliyevin Macarıstana səfərini şərh edərkən bildirib.
Aydın Hüseynov qeyd edib ki, ölkələr arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, həmçinin, digər mühüm iqtisadi, siyasi və humanitar məzmunlu sənədlər ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün yaxşı hüquqi baza yaratmış olur: “Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlər üçün də gözəl zəmindir. Həmçinin, ötən dövrdə tərəflər arasında iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergiqoyma və imzalanmış digər sənədlər iqtisadiyyatın və humanitar sahələrin müxtəlif istiqamətləri, o cümlədən İKT, turizm, təhsil, nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiya sahəsində əlaqələrə əla fürsət yaradır”.
YAP Siyasi Şurasının üzvü bildirib ki, Avropa İttifaqının strateji enerji layihələrində mühüm yer alan Macarıstan Azərbaycanın təşəbbüskarlığı və qətiyyəti sayəsində hazırda mühüm həlledici mərhələyə qədəm qoymuş “Cənub” qaz dəhlizində iştirak edən tərəfdaşlardan biridir: “Azərbaycan qazının uzunmüddətli Avropaya nəqlini nəzərdə tutan yeni enerji marşrutuna Macarıstanın da qoşulması iki ölkə arasında strateji əlaqələrin daha da möhkəmlənməsi və uzunömürlü olması üçün güclü zəmin yaradır. Macarıstanın Baş naziri Viktor Orbanın vurğuladığı kimi “Cənub” qaz dəhlizi layihəsi Macarıstan və ümumilikdə Avropa İttifaqı üçün çox vacib əhəmiyyətə malikdir. Macarıstan regionda baş verən son prosesləri nəzərə alaraq özünün enerji və karbohidrogen ehtiyatları ilə təmin olunmasında Azərbaycanın ən etibarlı tərəfdaş olduğunu yaxşı anlayır və ikitərəfli enerji əməkdaşlığını yüksək qiymətləndirir. Azərbaycan qazının Avropaya nəql edilməsi regionda enerji təhlükəsizliyinin güclənməsinə möhkəm baza yaradacaq”.
Aydın Hüseynovun sözlərinə görə, Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın öz fəaliyyətini genişləndirməsi də ölkələrimiz arasında əlaqələrin inkişafına səbəb olmaqdadır: “İki ölkə arasında artıq ənənə halını almış birgə biznes-forumların keçirilməsi Azərbaycan və Macarıstan şirkətlərinin investisiya layihələrində iştirakının genişlənməsinə, qarşılıqlı sərmayə qoyuluşlarının artmasına mühüm töhfə verir. 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 40 faizə yaxın artıb və bu rəqəmin cari ildə daha da yüksələcəyi gözlənilir. Bu cür iqtisadi tədbirlərin keçirilməsi ölkələr arasında birgə iqtisadi layihələrin reallaşdırılması, yeni müəssisələrin yaradılması, innovativ yeniliklərin qarşılıqlı mübadiləsi, regionun inkişafına töhfə verən iqtisadi təşəbbüslərin dəstəklənməsi baxımındam mühüm əhəmiyyət kəsb edir”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

