/ / Yunanıstanın ATC şirkəti media üçün innovasiyalar sahəsində AzərTAc ilə əməkdaşlıq etmək niyyətindədir
Yunanıstanın ATC şirkəti media üçün innovasiyalar sahəsində AzərTAc ilə əməkdaşlıq etmək niyyətindədir
14.11.2014 [09:40]
Yunanıstanın ATC şirkəti media üçün innovasiyalar sahəsində AzərTAc ilə əməkdaşlıq etmək niyyətindədir.
Bununla bağlı məsələlər AzərTAc-ın baş direktoru Aslan Aslanov və ATC şirkətinin baş meneceri Yannis Kliafas arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə qeyd edilib ki, müasir mediada baş verən sürətli dəyişikliklər ən son innovasiyaların tətbiqini zəruri edir və agentlik öz fəaliyyətində bu sahəyə böyük diqqət ayırır. Bildirilib ki, Azərbaycan son illər nüfuzlu beynəlxalq tədbirlərin təşkilatçısıdır və AzərTAc bu tədbirlərin işıqlandırılmasında daim fəal iştirak edir. Eyni zamanda diqqətə çatdırılıb ki, agentlik 2016-cı ildə media sahəsində iki nüfuzlu beynəlxalq tədbirə - Dünya Media Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) iclasına ev sahibliyi edəcək. Danışıqlar zamanı qeyd olunub ki, Yunanıstan şirkətinin təklif etdiyi innovasiyalar gələn il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında böyük informasiya axınının idarə olunmasında vacib rol oynaya bilər.
ATC-nin baş meneceri Yannis Kliafas media üçün təklif olunan tətbiqetmələr haqqında məlumat verib. O qeyd edib ki, şirkət Avropada bir çox tanınmış informasiya agentliklərinin tərəfdaşıdır və ATC-nin təklif etdiyi innovasiyalar işin təşkili, resursların optimallaşdırılması, multimedia məhsullarının istehsalı sahəsində geniş imkanlar açır.
Görüşdə tərəflər arasında əməkdaşlığın səmərəli olacağına əminlik ifadə olunub.
Qeyd edək ki, ATC şirkəti 25 ildir hökumət strukturları, KİV, bank sahəsi üçün proqram təminatları təqdim edir. Şirkət bu sahədə Avropa İttifaqının etibarlı tərəfdaşına çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

