/ / Münaqişəni daha da dərinləşdirən amillərdən ən başlıcası ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətidir
Münaqişəni daha da dərinləşdirən amillərdən ən başlıcası ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətidir
14.11.2014 [09:44]
“Biz Dağlıq Qarabağdakı və onun ətrafındakı hadisələrdən çox narahatıq, bu cür fəlakətlər daha böyük böhrana gətirib çıxara bilər”.
ATƏT-in Baş katibi Lamberto Zanyer bu fikirləri Ermənistan hava qüvvələrinə məxsus Mİ-24 tipli helikopterin Azərbaycan hava məkanında təmas xəttinə yaxın mövqelərimizi atəşə tutaraq vurulmasından sonra söyləyib. Qeyd edib ki, Qarabağda erməni helikopterinin vurulması münaqişəni daha da dərinləşdirə bilər.
Onun bu fikirləri ilə mətbuatdan tanış oldum. Dərin araşdırmalara ehtiyac duymadım. Çünki təxminən elə belə söyləyəcəyini düşündüm. İllərdir eşitdiklərimiz fikirlərin təkrarı, amma daha operativ, daha çevik.
Amma anlaya bilmədim ki, münaqişəni dərinləşdirə biləcək faktor kimi nəyi nəzərdə tutur? Helikopterin vurulmasını, yoxsa onun nümayişkaranə bir şəkildə Azərbaycanın hava məkanına soxulmasını?
Belə çıxmırmı ki, Ermənistan 22 ildən artıq bir müddətdə Azərbaycanın ərazilərini işğal altında saxlaya bilər, azərbaycanlıları etnik təmizləməyə məruz qoya bilər, Dağlıq Qarabağ ərazisində faktiki yaşayan ermənilərin sayından dəfələrlə artıq sayda hərbi birləşmələrlə qeyri-qanuni yollarla əldə etdiyi külli miqdarda döyüş texnikası, hərbi sursatla işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni hərbi təlimlər keçirə bilər, yaşayış məskənlərimizi yerlə-yeksan edərək ekoloji fəlakətlərə yol aça bilər, bütün bunlar münaqişənin dərinləşməsi üçün risk yaratmır...?! ...ancaq həyasızcasına ərazimizə soxulan, mövqelərimizi atəşə tutan, bununla da dünyaya meydan oxumağa cəhd edən helikopterin tərəfimizdən vurulması böyük risklər yaradırmış.
Hörmətli Baş katibin diqqətinə çatdırmaq istəyirəm ki, münaqişəni daha da dərinləşdirən amillərdən ən başlıcası ATƏT-in Minsk qrupunun, eləcə də ATƏT-in özünün səmərəsiz fəaliyyəti, beynəlxalq hüququn, o cümlədən Helsinki prinsiplərinin BMT başda olmaqla bir çox beynəlxalq təşkilatların münaqişə haqda qəbul etdiyi sənədlərin yerinə yetirilməsinə göstərilən biganəlik, təcavüzə və təcavüzkar siyasətə qarşı dözümlülük, Ermənistanın beynəlxalq birliyin ərköyün uşağı kimi hərəkətlərinə və cinayətlərinə göz yummaq, bununla da ona şərait yaratmaqdır.
Hörmətli Baş katib!
Nə qədər ki, beynəlxalq ictimaiyyət tərəfindən səmimiyyətdən uzaq, real şəraitə qeyri-adekvat və dişsiz bəyanatlar səsləndiriləcək, bir o qədər də status-kvonun möhkəmlənməsinə “töhfə” veriləcək.
Regionun xalqları və dövlətləri isə sizdən vəziyyətin təsvirini verən yox, onu müsbət mənada dəyişməyə xidmət edən açıqlamalar və ona uyğun fəaliyyət gözləyir. Ədalətin və həqiqətin bərpası üçün birinci olmaq istəmirsinizmi?
Bahar Muradova
Milli Məclisin sədr müavini,
Azərbaycanın ATƏT Parlament
Assambleyasında nümayəndə heyətinin rəhbəri
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

