Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişaf səviyyəsi məmnunluq doğurur

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişaf səviyyəsi məmnunluq doğurur

19.11.2014 [10:10]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğu vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlıq əsasında iqtisadi-ticarət əlaqələrinin dinamik inkişafının sevindirici hal olduğu qeyd olunub. Ölkələrimizin zəngin potensialına uyğun olaraq ticarət dövriyyəsinin daha da artırılması üçün əlverişli imkanların mövcudluğu diqqətə çatdırılıb. Bu xüsusda, Birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rola malik olduğu vurğulanıb.
Görüşdə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, birgə investisiya layihələri, nəqliyyat və yük daşımaları sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31