Qafqaz Müsəlmanları İdarəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub
22.11.2014 [12:10]
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Gela Dumbadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
AzərTAc xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə qonaqları səmimi salamlayaraq bildirib ki, Gürcüstan ilə Azərbaycanı tarixən dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. O deyib: “Mən ölkələrimiz arasında mehriban münasibətləri yüksək qiymətləndirirəm. Azərbaycan ilə Gürcüstanı siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələr bağlayır”.
A.Paşazadə bu ilin yayında Gürcüstana səfərini və bütün Gürcüstanın patriarxı II İliya ilə görüşünü xatırlayıb.
QMİ-nin başçısı beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərinə, ölkəmizin ərazi bütövlüyünü, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi tanıdıqlarına görə gürcü xalqına, patriarx II İliyaya minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Bildirilib ki, Gürcüstanda çoxsaylı Azərbaycan diasporu, Azərbaycanda isə yığcam şəkildə gürcülər yaşayır.
Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Gela Dumbadze xoş sözlərə və Gürcüstanın dini liderinə mehriban münasibətə görə təşəkkür edib.
Nazir səfəri çərçivəsində Bakıda keçirdiyi görüşlərdən, gürcülərin sıx yaşadığı Qax rayonunda olmasından, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilə görüşündən söz açıb.
G.Dumbadze deyib: “Məqsədimiz harmonik münasibətlər və dialoq qurmaqdır. Belə bir faktı vurğulamağa şadam ki, Gürcüstan-Azərbaycan münasibətləri başqa dövlətlərə örnək ola bilər”.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymur Şaraşenidze iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

