Məcburi köçkünlər üçün salınan qəsəbələrdə inşaat işlərinin gedişi müzakirə olunub
02.12.2014 [09:34]
Dekabrın 1-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və ona edilmiş Əlavələrə uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə cari il respublikamızın müxtəlif ərazilərində salınan yeni qəsəbələrin inşasına cəlb edilmiş tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Bu barədə AzərTAc-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Dövlətqaçqınkomun və inşa edilən obyektlərin tikintisinə sifarişçi təşkilat kimi təyin edilmiş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun məsul işçilərinin və mütəxəssislərinin iştirak etdikləri müşavirədə qeyd olunub ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində cari ildə də işlər uğurla davam etdirilib, indiyədək ağır şəraitdə yaşayan yüzlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Təkcə onu qeyd edək ki, bu günlərdə Ağdam rayonu ərazisində 632 ailəlik, Hacıqabul rayonu ərazisində 101 ailəlik qəsəbələrə köçürülmə başa çatdırılıb, Beyləqan rayonu ərazisindəki 320 ailəlik qəsəbəyə isə artıq köçürülmə başlanılıb. Eyni zamanda, Gəncədə 600 ailəlik qəsəbə bütün sosial-texniki infrastrukturu ilə birlikdə istifadəyə verilib ki, yaxın vaxtlarda bu qəsəbəyə də köçürmə işlərinə başlanılacaq.
Digər bölgələrdə istifadəsi cari il nəzərdə tutulmuş qəsəbələrin inşasında da işlər uğurla davam etdirilir və bu işlərin vaxtında başa çatdırılması üçün müvafiq tədbirlər görülür. Belə ki, Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün ailələri üçün bu şəhərin ərazisində 12 hektar sahədə inşa olunan, hər biri 54 mənzilli, 9 mərtəbəli 11 yaşayış binasından ibarət məhəllədə də işlər sürətlə davam etdirilir. 594 ailəlik bu məhəllənin də vaxtında və yüksək keyfiyyətlə təhvil verilməsi, məhəllənin inşasında heç bir geriləmə işlərinə yol verilməməsi, qarşıya qoyulan vəzifələrin vaxtında başa çatdırılması məqsədilə keçirilən müşavirədə Baş nazirin müavini Əli Həsənov indiyədək görülən işləri və qarşıda duran vəzifələri təhlil edərək burada inşaat işləri aparan tikinti şirkətləri rəhbərlərinin fikirlərini dinləyib və onlara bütün bunlarla bağlı konkret tapşırıqlarını verib.
İnşasına bu ilin mayında başlanan məhəllədəki inşaat işlərinin gedişində heç bir problem yaşanmadığını, istənilən qədər texnika, işçi qüvvəsi, tikinti materialları olduğunu bildirən, ayrı-ayrılıqda istər yaşayış binalarının, istərsə də bu məhəllədə inşa olunan 480 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, həmçinin tibb məntəqəsi, ATS binası, klub-icma mərkəzi və digər sosial obyektlərin, istərsə də daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşasını həyata keçirən tikinti təşkilatlarının rəhbərləri müşavirədə hesabat xarakterli məlumat verərək bildiriblər ki, onlar məsul olduqları sahələrdə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklər.
Müşavirənin sonunda Baş nazirin müavini Əli Həsənov bir daha vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bütün bunların bariz nümunəsinin göz önündə olduğunu diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, məcburi köçkünlərin məskunlaşdırılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdən biridir. Ona görə də dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

