/ / Məcburi köçkünlərlə bağlı həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib
Məcburi köçkünlərlə bağlı həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib
04.12.2014 [10:24]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 3-də ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan və səfirliyin hərbi attaşesi Kristofer Monahan ilə görüşüb.
Komitədən AzərTAc-a bildiriblər ki, Birləşmiş Ştatların Avropa Komandanlığının ABŞ-ın Azərbaycandakı səfirliyinin nəzdindəki hərbi əməkdaşlıq şöbəsi vasitəsilə indiyədək həyata keçirdiyi və gələcəkdə keçirilməsi nəzərdə tutulan humanitar layihələr və planlarla əlaqədar keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanların problemləri, onların həyat şəraitinin yaxşılaşdırılmasına dair müzakirələr aparılıb.
Qeyd olunub ki, Azərbaycanda bütün beynəlxalq humanitar və inkişaf təşkilatlarının səmərəli fəaliyyəti üçün hərtərəfli və şəffaf şərait yaradılır, bu təşkilatlar tərəfindən həyata keçirilən layihələr Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilir. Bunların nəticəsidir ki, bütün layihələr daha çox ehtiyac duyulan prioritet sahələrə istiqamətləndirilir. ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatları da ötən müddətdə digər sahələrlə yanaşı, əsas diqqəti qaçqın və məcburi köçkünlərə səhiyyə xidmətinə, təhsil müəssisələrinin əsaslı təmirinə, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə, mikrokreditlərin paylanmasına və digər bu kimi sahələrə yönəldiblər.
Əli Həsənov deyib ki, dünyada baş verən münaqişələr nəticəsində qaçqınların və məcburi köçkünlərin sayı artır. Azərbaycan dövləti iqtisadi inkişafının sürətlənməsi nəticəsində bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb, amma buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan soydaşlarımız var. Baş nazirin müavini bütün bunlara görə beynəlxalq humanitar təşkilatlar tərəfindən həyata keçirilən layihələrin bizim üçün prioritet əhəmiyyət kəsb etdiyini vurğulayıb. Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımıza istər ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də Birləşmiş Ştatların Bakıdakı səfirliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın böyük önəm daşıdığını diqqətə çatdırıb.
Görüşdə Baş nazirin müavini Əli Həsənov ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin ölkəmiz haqqında qərəzli və heç bir reallığa söykənməyən fikirləri ilə bağlı narazılığını da bildirib.
ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən Derek Hoqan Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, ölkənin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Eyni zamanda, əvvəlki layihələr kimi, bundan sonra həyata keçiriləcək layihələrin də prioritet sahələrə uyğun şəkildə reallaşacağına əminliyini bildirib.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

