/ / Əli Həsənov: Ermənilərin girov götürdükləri şəxslərin ailələri dövlətimizin başçısının tapşırığına əsasən mənzillə təmin olunacaq
Əli Həsənov: Ermənilərin girov götürdükləri şəxslərin ailələri dövlətimizin başçısının tapşırığına əsasən mənzillə təmin olunacaq
06.12.2014 [12:15]
Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin baş katibinə, Avropa Şurasının və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, insan hüquqları təşkilatlarına rəsmi müraciət göndərmişik.
AzərTAc xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dekabrın 5-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra jurnalistlərə müsahibəsində deyib.
Əli Həsənov artıq bəzi beynəlxalq təşkilatlardan müraciətə cavab gəldiyini bildirib. Baş nazirin müavini daha sonra deyib: “Həmin cavablar hələ ki, ictimaiyyətə açıqlanmır. Gözləyirik ki, bütün müraciətlərimizin hamısına cavab daxil olsun. Həmin cavabların arasında beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər, bəzilərində isə məsələyə müsbət yanaşmalar da var. Bəzi təşkilatlar ermənilərin bu əməllərini pisləyir və qanunsuz hesab edirlər. Onların bu hərəkətini beynəlxalq hüquq normalarına zidd əməl kimi qiymətləndirənlər də az deyil. Həmin təşkilatlar bu işlə məşğul olduqlarını bildirirlər”.
Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə, rəsmi görüşlərdə bu məsələni qaldırıb: “Hazırda azərbaycanlı girovların geri qaytarılması üçün lazımi işlər görülür. Bu məsələ ölkə rəhbərinin gündəlik nəzarətindədir. Prezident İlham Əliyevin tapşırığı ilə mən girov düşənlərin ailə üzvləri ilə görüşmüşəm. Dövlətimizin başçısının tapşırığı ilə biz hər üç ailəni mənzillə təmin edəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22

