Azərbaycan terror aktlarını yolverilməz hesab edir
13.01.2015 [09:41]
Ölkəmiz beynəlxalq terrorizmlə mübarizədə dünya ictimaiyyətinin səylərini dəstəkləyir, eyni zamanda, bu prosesdə aktiv təmsil olunur
XXI əsrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən başlıca amillərdən biri də etibarlı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. Qloballaşma şəraitində əməkdaşlıq, rəqabət və inteqrasiya proseslərinin sürətlənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasını zəruri edir ki, burada da milli dövlətlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu və ya digər regionlarda iqtisadi, siyasi, humanitar əməkdaşlıq platformalarının formalaşdırılması milli və beynəlxalq təhlükəsizliyinin təmin olunmasını, mövcud təhdidlərlə birgə mübarizə aparılmasını zəruri amilə çevirir.
Terrorizm bəşəriyyətə qarşı aşkar təhdid ünsürü kimi...
Şübhəsiz, beynəlxalq münasibətlərin inkişaf dinamikasından asılı olaraq bəşəriyyətin təhlükəsizliyi ilə bağlı mövcud təhdidlər öz aktuallığını qoruyub saxlamaqdadır. Bu kontekstdə terrorizm məsələsi də xüsusi narahatlıq doğuran problemlərdəndir. Bu məsələ bütün xalqlar və dövlətlər üçün aktual səciyyə daşıyır. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qəbul olunmuş 1368 saylı qətnamədə terrorçu hücumlar qəti şəkildə pislənilərək bu hərəkətlərin dünya ölkələrinin təhlükəsizliyinə hədə olduğu bildirilib. Bu istiqamətdə zaman-zaman müvafiq profilaktik və mübarizə xarakterli tədbirlər görülməkdədir. Lakin terrorizm faktı hələ də aşkar təhdid vasitəsi kimi qalmaqdadır. Bir çox hallarda isə imperialist güc mərkəzləri özlərinin korporativ xarakterli geopolitik maraqlarını reallaşdırmaq üçün bu vasitədən istifadə etməkdədirlər.
Azərbaycan terrorizmi qətiyyətlə pisləyir
Bu kontekstdə son olaraq Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum - terror aktı dünya ictimaiyyəti tərəfindən narazılıq və narahatlıqla qarşılanıb. Baş vermə səbəbləri və motivlərindən asılı olmayaraq, terror aktı bəşəriyyətə qarşı cinayət əməli kimi qiymətləndirilib. Eyni zamanda, dəfələrlə erməni terroruna məruz qalmış Azərbaycan xalqı da bu hadisəni qətiyyətlə pisləyərək yolverilməz hal kimi dəyərləndirib. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının (YAP) yaydığı bəyanatda qeyd edilib ki, YAP Fransanın paytaxtı Paris şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyir və bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini bir daha bəyan edir.
Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə ön sırada yer alır
Şübhəsiz, bu gün Azərbaycan dövləti beynəlxalq terrorizmlə mübarizədə dünya ictimaiyyətinin səylərini dəstəkləyir, eyni zamanda, bu prosesdə aktiv təmsil olunur. Regional və beynəlxalq təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verən Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirir və bu məsələ mühüm vəzifə kimi müəyyənləşdirilib. Bəlli olduğu kimi, ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində dünyanı narahat edən bir sıra mühüm məsələləri, o cümlədən, terrorizm, beynəlxalq təhlükəsizlik problemini müzakirəyə çıxararaq başlıca məsələ və prinsipləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bir sözlə, Azərbaycan öz strateji kursu ilə beynəlxalq miqyasda təhlükəsizliyinin təmin olunması, xüsusilə də terrorizmlə mübarizədə aktiv iştirak edir. Bu, ilk növbədə, ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə ciddi önəm verməsi ilə bağlıdır. Məhz buna görə də, bu məsələyə müstəsna əhəmiyyət verən milli dövlətlər, o cümlədən, müvafiq beynəlxalq strukturlar Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirirlər.
Tolerantlıq nümunəsi olan Azərbaycanın Fransada baş vermiş terror aktını qətiyyətlə pisləməsi də bu məsələdə ölkəmizin dünya ictimaiyyəti ilə birgə hərəkət etdiyini göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39

