Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq əlaqələrini genişləndirir
10.02.2015 [09:56]
Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn ilə görüşüb.
AMEA-dan AzərTAc-a bildiriblər ki, görüşdə akademik A.Əlizadə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərindən danışıb.
Azərbaycanda elm və təhsilin inteqrasiyası, eləcə də akademiyada magistratura təhsilinin təşkili və elmi-innovativ layihələr barədə qonağa məlumat verən AMEA-nın rəhbəri bu istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Səfir Çoi Suk-İn səmimi görüşə və ikitərəfli əlaqələrin inkişafında göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Diplomat ölkəsinin elm və təhsilin inkişafında qazandığı uğurlardan, bu sahədəki təcrübələrindən danışıb. O, eyni zamanda Seul-Bakı Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən maliyyələşdirilən Qəbələ arxeoloji tədqiqatlarında koreyalı alimlərin iştirakından da söz açıb.
Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi tədqiqatların təkmilləşdirilməsi sahəsində imkanlar, eləcə də yaxın zamanda “Koreya-Azərbaycan Dostluq Parkı”nın yaradılması məsələləri müzakirə edilib. Həmçinin gələcəkdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsini nəzərdə tutan sazişin imzalanması barədə razılıq əldə olunub.
Sonra qonaq ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun videokonfrans zalında görüş keçirilib.
Görüşdə Azərbaycan-Cənubi Koreya ədəbi əlaqələrinin öyrənilməsi və tərcümə işlərinin təşkili məqsədi ilə mərkəzin yaradılması məsələsi də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

