Ermənistan danışıqlar prosesində imitasiya taktikasını seçib
11.02.2015 [10:02]
İƏT Parlament İttifaqı çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin IV Forumunda millət vəkili Gövhər Baxşəliyeva Ermənistanın işğalçılıq siyasəti ilə bağlı çıxış edib
Məlum olduğu kimi, bu yaxınlarda İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 10-cu sessiyası keçirilib. Azərbaycan nümayəndə heyəti bu toplantıda fəal iştirak edib. Sessiya çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin IV Forumu keçirilib. Forumda ölkəmizi Milli Məclisin İƏT Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva təmsil edib. Forumu giriş sözü ilə açan İƏT Pİ baş katibi Mahmud Erol Kılıc müsəlman aləmində baş verən proseslər və bu proseslərdə qadınların rolu, qadınların hüquqlarının qorunması, ailə və uşaq, qadına qarşı zorakılıqla mübarizə və müasir dünya üçün böyük aktuallıq kəsb edən digər məsələlərdən danışıb.
Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva ölkəmizdə dövlət səviyyəsində ailə, qadın və uşaq siyasətindən, qadın hüquqlarından, qadınların inkişafı üçün yaradılmış hərtərəfli şəraitdən bəhs edib. Bununla belə, G.Baxşəliyeva Azərbaycan qadınlarının böyük bir qisminin 20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkdiyini, ata-baba torpaqlarını tərk etdiyini, qaçqın-köçkün vəziyyətində yaşadığını, müharibənin gətirdiyi bütün fəlakətləri yaşadığını Forum iştirakçılarının nəzərinə çatdırıb və Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin bütövlükdə xalqımıza gətirdiyi bəlalardan danışıb. O, bu günədək BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarlarının icra olunmadığını təəssüflə qeyd edib: “Ermənistan, sadəcə olaraq, danışıqlar prosesində imitasiya taktikasını seçib. O sülh istəmir, işğal edilmiş torpaqlardan çıxmaq istəmir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, bu münaqişənin doldurulmuş vəziyyətdə qalmasında və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etməkdə maraqlıdırlar. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın və Orta Şərqdə gördüyümüz mənzərə bu yanaşmanı daha da gücləndirir”.
Azərbaycanın demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına çox böyük və dəyərli töhfələr verməsini diqqətə çatdıran G.Baxşəliyeva, xüsusilə ölkəmizin multikulturalizmlə bağlı təcrübəsini vurğulayıb. Beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunu qeyd edən millət vəkili bunun heç kimə xeyir gətirmədiyini deyib: “Ölkələrin daxili işlərinə qarışma onları qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu, qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr, demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verir”.
Forumun yekunu olaraq qətnamə qəbul edilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

