“Müsavat”da legitimlik problemi var”
25.02.2015 [00:59]
Siyavuş Novruzov: AXCP-nin dialoqa qatılmaması onların iradəsinin məhsulu deyil
“İqtidar-müxalifət dialoqunun tarixi qədimdir. Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra mütəmadi olaraq çalışıb ki, Azərbaycan cəmiyyətinin bütün qüvvələri Azərbaycan dövlətinin, dövlətçiliyinin, xalqın marağı çərçivəsində çıxış etsin.
Bu baxımdan da, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, mətbuat orqanlarına mütəmadi müraciət edib, dəfələrlə görüşlər keçirib, onlarla ünsiyyət yaratmağa çalışıb. Amma təəssüflər olsun ki, bir qrup partiya və onların liderləri özlərini həmişə cəmiyyətdən kənarda saxlamağa çalışıblar. Çünki o partiyaların fəaliyyətinin mərkəzində Azərbaycan xalqının maraqları durmur. Onlar sadəcə, ayrı-ayrı qrupların, qüvvələrin təsir dairəsində olan təşkilatlardır və həmin qrupların maraqlarını ifadə edirlər. 1998-ci ilin prezident seçkilərində Ümummilli liderimiz dörd partiya sədrinə rəsmən müraciət etdi ki, seçkilərə qoşulun. Baxmayaraq ki, o zaman seçki müddəti qurtarmışdı, ancaq Ulu öndər qanunvericilik təşəbbüsü ilə seçki müddətini uzatdı. Yəni, bu o demək idi ki, əgər demokratik, azad seçkilər istəyirsinizsə, gəlin iştirak edin, sizin üçün hər bir şərait yaradılıb”.
Bunu teleqraf.com-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, sonrakı dövrlərdə də - parlament seçkilərində və başqa-başqa müddətlərdə də, bu proses gedib: “Ancaq bir neçə dəfə həmin təşkilatlar canfəşanlıq göstəriblər ki, başqa bir tərcüməçinin vasitəsilə görüş keçirilsin. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun vasitəsilə iqtidar-müxalifət görüşü keçirilsin. Gah da deyiblər ki, Avropa Şurasının təşəbbüsü ilə bu dialoq keçirilsin. Hətta bir ara bir məsələ qaldırdılar ki, BMT gəlsin burada həm seçki keçirsin, həm iqtidar-müxalifət dialoqu yaratsın və sair”.
S.Novruzov onu da deyib ki, problem varsa, onu müzakirə edib, vahid nəticəyə gəlmək mümkündür: “Dövlətə, millətə, xalqa müxalifətçilik olmaz. Hökumətə müxalifətçilik olar. Hökumətə müxalifətçilik də odur ki, alternativ təkliflər irəli sür, nöqsanları göstər, onlardan çıxış yollarını təqdim et. Yoxsa, kim möhkəm söyürsə, kim möhkəm təhqir edirsə, kim möhkəm böhtan atırsa, o daha böyük müxalifətçidir anlayışı hələ bəzi adamların beynində qalmaqdadır. Ona görə də, parlamentdə təmsil olunan partiyalar ilə belə dialoqlar mütəmadi olub. Bundan başqa, bir neçə dəfə YAP-ın Partiyalararası dialoq və əlaqələr komissiyasının sədri Əli Həsənovun iştirakı ilə partiyalarla müzakirələr aparılıb. Bir dəfə parlamentdə təmsil olunanlarla, bir dəfə parlamentdə təmsil olunmayanlarla görüş keçirilib. Sonuncu dəfə isə ümumiyyətlə, Azərbaycanda qeydiyyatdan keçmiş, partiyalarla bir araya gəlinib. İqtidaryönlü partiyalar var və bunların mövqeyi bəllidir. Burada onları iqtidarda olan partiya - Yeni Azərbaycan Partiyası təmsil edir. Müxalifətdə olan partiyalar isə müxtəlif cürdür, heç onların özlərinin də bir-biri ilə dialoqu yoxdur. Yəni, bu cür görüşlər tək iqtidar-müxalifət arasında deyil, həmçinin, elə partiyalar arasında da bir dialoq yaradır. Onlardan da iki partiyanı çıxmaq şərti ilə hamısı bu dialoqa qatılıb. Onlardan biri - “Müsavat” indi bəyan edir ki, növbəti görüşdə iştirak edəcək. Orada da bilirsiniz ki, problem var. “Müsavat”da legitimlik problemi var. Çünki “Müsavat” iki hissəyə bölünüb. Həmin partiyanın daxilində özləri-özləri ilə dialoq yarada bilmirlər. O baxımdan oradan gəlib kim təmsil edəcək, təmsil edən tərəfin verdiyi təkliflər digər tərəfdən düzgün qarşılanacaq-qarşılanmayacaq, razılıq olacaq-olmayacaq? Bu problem var. Azərbaycan Xalq Cəbhəsi Partiyasına gəlincə aydın məsələdir ki, dialoqa qatılmamaq onların iradəsinin məhsulu deyil. Əgər onlara xaricdən tapşırsalar ki, get orda iştirak et, heç onları dəvət etməsən də, özləri gəlib oturacaqlar orada. Əgər onlara hələlik tapşırıq yoxdursa, orada hansı mövzudan söhbət getməyindən asılı olmayaraq, iştirak etməyəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

