/ / Yaponiyalı jurnalistlər Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
Yaponiyalı jurnalistlər Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
17.04.2015 [10:07]
Yaponiyanın JİJİ PRESS informasiya agentliyinin icraçı direktoru Sadafumi Tani və agentliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda Azərbaycanın Xarici İşlər Nazirliyində olublar.
AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin informasiya idarəsinin rəisi Cavanşir Məmmədov və mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yaponiyalı jurnalistlərə dövlətimizin xarici siyasəti barədə məlumat verib, iki ölkə arasında genişlənən əlaqələrdən danışıblar.
Azərbaycanın Yaponiyadakı səfirliyinin fəaliyyətindən söhbət açan Cavanşir Məmmədov nümayəndəliyimizin Gündoğar ölkənin ali təhsil ocaqları və digər qurumları ilə mütəmadi keçirdiyi birgə tədbirlərin əhəmiyyətini qeyd edib, AZƏRTAC ilə Yaponiyanın JİJİ PRESS agentliyi arasında imzalanmış müqavilənin Azərbaycan həqiqətlərinin Yaponiyada yayılması baxımından vacibliyini vurğulayıb.
Qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin ağır nəticələri, qaçqın və məcburi köçkünlərin hazırkı durumu, Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə və təcavüzkarlıq siyasəti barədə ətraflı məlumatlandırılıb.
Hiroşi Masuda JİJİ PRESS agentliyinin Yaponiyanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə keçirdiyi birgə seminarlara hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin dəvət edildiyini bildirib. Qeyd olunub ki, bu seminarlar xarici ölkələrdə yaşayan yaponiyalıların yerli cəmiyyətə inteqrasiyana kömək edir.
Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qarşılıqlı səfərlərin, siyasi dialoq və məsləhətləşmələrin əlaqələrin inkişafına təkan verdiyini bildirib. Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə məlumat verən nazirliyin sözçüsü bununla əlaqədar viza rejiminin sadələşdirilməsi nəticəsində Yaponiyadan da ölkəmizə daha çox idman həvəskarının gəlməsi üçün şərait yarandığını deyib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52

