/ / Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarının tanıdılması məqsədilə İsveç parlamentində konfrans keçirilib
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarının tanıdılması məqsədilə İsveç parlamentində konfrans keçirilib
18.04.2015 [10:04]
XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarının tanıdılması ilə bağlı İsveç Riksdaqında (parlamentində) elmi-praktik konfrans keçirilib.
Konfrans Stokholmda fəaliyyət göstərən “Azərbaycan” Mədəniyyət Cəmiyyəti, Höteborqdakı Azəri-Türk Birliyi Dərnəyinin təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən “Azərbaycan” Mədəniyyət Cəmiyyətinin sədri Səməd Fərtaş konfransın mahiyyətindən və qarşıya qoyduğu məqsədlərdən söz açıb.
Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attar uzun illər boyu erməni qəsbkarları tərəfindən Azərbaycan xalqının başına gətirilən dəhşətli faciələrdən danışıb. Aygün Attar mövcud faktlar əsasında bu hadisələrin düzgün şəkildə öyrənilməsinin və xarici ölkələrdə təqdim olunmasının vacibliyini qeyd edib.
Konfransda təqdimat keçirən beynəlxalq əlaqələr üzrə israilli ekspert Arye Qut Xocalı soyqırımı barədə çıxış edərək, həmin hadisələrlə bağlı ətraflı təhlil verib. Arye Qut bu faciəni bütün bəşəriyyətə qarşı yönələn cinayət adlandıraraq qeyd edib ki, Azərbaycan dövləti Xocalı soyqırımının tanıdılması üçün böyük işlər görür və bu istiqamətdə ciddi irəliləyiş var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” kampaniyasını xüsusilə vurğulayan ekspert İsrail Prezidentinin BMT-dəki çıxışında Xocalı faciəsini soyqırımı aktı adlandırması barədə fikirlərini xatırladaraq, bu faktın Xocalı hadisələrinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, professor Kərim Şükürov və başqaları öz çıxışlarında yalnız Xocalı qətliamının deyil, həmçinin 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi dünyada tanıdılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən işlər antiazərbaycan dairələrini ciddi narahat edir.
Çıxışçılar Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı görülən işlərin diaspor təşkilatları tərəfindən daha intensiv aparılmasının zəruriliyini qeyd ediblər.
Sonda İsveçin siyasi partiyalarına müraciət qəbul olunub. Müraciətdə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, Ermənistanın regionda apardığı təcavüzkar siyasətə biganə yanaşmaya etiraz ifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

