/ / Azərbaycan Hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında perspektiv əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan Hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında perspektiv əməkdaşlıq məsələləri müzakirə edilib
05.06.2015 [10:31]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 4-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi xanım Simone Volken və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdson ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan Hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.
BMT QAK-ın yeni fəaliyyətə başlayan regional nümayəndəliyinin yaradılmasında əsas məqsədin yerli nümayəndəliklərin fəaliyyətinə dəstək verməkdən ibarət olduğu vurğulanan görüşdə bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır. Bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub.
Azərbaycanın son illərdə qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən, Azərbaycan dövlətinin bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyindən danışan Baş nazirin müavini Əli Həsənov bir daha diqqətə çatdırıb ki, bu gün ölkəmizin həll olunmamış yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemidir.
Münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmədiyindən problemlə bağlı BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qətnamələrin yerinə yetirilməməsinə toxunan Baş nazirin müavini deyib: “Bu, ən böyük ədalətsizlik və beynəlxalq hüquq normalarının pozulmasıdır. Bu, bizdə bir daha elə bir təsəvvür yaradır ki, beynəlxalq hüquq qüvvədə deyil və bu, dünyada beynəlxalq münasibətlərə təsir edən dövlətlər tərəfindən tətbiq olunur”.
Əli Həsənov dünyada baş verən proseslərdən də söhbət açaraq bütün bunlardan günahsız insanların əziyyət çəkdiyini, qaçqın və məcburi köçkünlərin sayının durmadan artdığını diqqətə çatdırıb. O, bütün bunları dünyaya demokratiya dərsi keçməyə çalışanların, insan hüquqlarının qorunmasından danışanların ikiüzlü siyasətinin nəticəsi kimi dəyərləndirərək baş verənlərdən narahatlığını ifadə edib.
Görüşdə, həmçinin qeyd olunub ki, Azərbaycan ilə qarşılıqlı əməkdaşlıqda daim maraqlı olan BMT QAK ölkəmizin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində hüquqi-normativ sənədlərin hazırlanıb tətbiq olunması sahəsində qazandığı təcrübədən yararlanmağa da xüsusi önəm verir.
Görüşdə xanım Simone Volken Azərbaycanda səfərdə olarkən iqtisadi inkişafın yeni nəticələrini görməkdən şad olduğunu söyləyib, Azərbaycanın hər gün mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsindən heyran qaldığını bildirib. O, “Bakı-2015” birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib və bu münasibətlə Azərbaycan xalqını təbrik edərək idmançılarımıza uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

