Məryəm Göka: İCAPP vasitəsilə qadınların problemlərini bütün dünyada paylaşırıq
03.09.2015 [10:11]
“Mən bu tədbirdə Türkiyənin Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edirəm. Qeyd edim ki, AKP Qadın Qolunun 4 milyon üzvü var. Biz hər bir sahədə qadınların fəal olmasına çalışırıq”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Bakıda keçirilən İCAPP-ın Qadınlar Qolunun III iclasının iştirakçısı, AKP Qadın Qolunun sədr müavini Məryəm Göka deyib.
Məryəm Göka bildirib ki, Türkiyədə qadınlar bütün sahələrdə təmsil olunurlar və biz bu fəallığın daha da artırılmasına çalışırıq. Onun sözlərinə görə, bu məsələdə AKP qadınlarına hökumət güclü dəstək verir.
“Türkiyədə qadınlar siyasi fəaliyyətlərini də gücləndirirlər. Ölkəmizdə qadınlara seçmək-seçilmək hüququ AKP iqtidara gəlməmişdən xeyli öncə, 1934-cü ildə verilib. Türkiyədə qadınların bu hüquqa sahib olması elə də asan olmayıb. Özəlliklə də, AKP iqtidara gələnə qədər. Hazırda qadınlar həm parlamentdə, həm də bələdiyyələrdə normal təmsil olunurlar. Biz beynəlxalq əməkdaşlığa da böyük önəm veririk. Bu baxımdan, İCAPP da bizim üçün çox önəmlidir. Partiyamız təşkilatın üzvləri ilə fəal əməkdaşlıq edir. Bilirsiniz ki, qadınların ailədə rolu əvəzolunmazdır. Qadın anadır, övlad böyüdub tərbiyə edir. Eyni zamanda, onlar səhiyyənin, təhsilin inkişafında da vacib rol oynayırlar. Təəssüf ki, bu gün dünyada münaqişələr var. Bu münaqişələr nəticəsində insanlar dünyasını dəyişir, qaçqınlara, miqrantlarlara çevrilirlər. Türkiyədə də 2 milyon qaçqın var, bunların arasında qadınlar da çoxdur. Biz onlara qayğı göstərməyə, onların övladlarına yaxşı təhsil verməyə çalışırıq. Təbii ki, belə vəziyyət qadınlara daha çox mənfi təsir edir. Ona görə də, qadınların üzgün olmasını istəmirik, onların ən layiqli həyat yaşamasını istəyirik. İCAPP vasitəsilə də bu məsələləri bütün dünyada paylaşırıq. Yeri gəlmişkən, mən iclas iştirakçılarının dəstəyi ilə İCAPP-ın Qadınlar Qolunun həmsədri seçildim. Mənə göstərilən etimada görə təşəkkür edirəm və vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışacam” - deyə, Məryəm Göka vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52

