Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu var
12.09.2015 [11:44]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 11-də Fransa Senatının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov ölkələrimiz arasındakı əlaqələrdən danışıb. Sədr bildirib ki, Azərbaycan Avropa ölkələri, o cümlədən Fransa ilə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır. Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir.
Parlamentlərarası əlaqələrdən danışan Oqtay Əsədov bildirib ki, dostluq qrupları sıx əməkdaşlıq edirlər. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən fəal qrupdur. Ümumiyyətlə, Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu var.
Ölkələrimiz arasında münasibətlərin dərin köklərə malik olduğunu vurğulayan Oqtay Əsədov bu səfərin ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyini bildirib. Milli Məclisin sədri iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Andre Rişard Azərbaycana səfərdən və burada onlara göstərilən yüksək qonaqpərvərlikdən məmnunluqla söz açıb. Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişaf etdiyini vurğulayan qonaq dostluq qruplarının əlaqələrimizin inkişafına töhfə verdiyini söyləyib. O vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu Azərbaycanı Fransada tanıtmaqla yanaşı, tarixi abidələrin bərpasında da mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

