/ / ATƏT DTİHB-nin hələ keçirilməmiş seçkiləri bəri başdan şübhə altına alması ölkəmizə qarşı qərəzli münasibətin ifadəsidir
ATƏT DTİHB-nin hələ keçirilməmiş seçkiləri bəri başdan şübhə altına alması ölkəmizə qarşı qərəzli münasibətin ifadəsidir
23.09.2015 [10:15]
Azərbaycan isə bu və digər təsisatların manipulyasiya cəhdlərinə baxmayaraq, növbəti parlament seçkilərini də tam şəffaf, seçicilərin yüksək fəallığı şəraitində keçirmək əzmindədir
Hazırda Azərbaycan bütün dünyada özünün nümunəvi inkişaf modeli ilə fərqlənir. Ölkəmiz ildən-ilə öz iqtisadi potensialını artıraraq hətta dünya üçün çətin keçən, sosial-iqtisadi böhranlarla, digər ciddi kataklizmlərlə müşayiət olunan illərdə də yüksək inkişaf templərini qoruyub saxlamağa müvəffəq olub.
Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhət isə həm də ondan ibarətdir ki, ölkənin siyasi sistemi də respublikanın dinamik sosial-iqtisadi inkişafına adekvatdır. Cəmiyyətin daha da demokratikləşməsi, ölkədə bütün azadlıqların təmin olunması, o cümlədən, seçkilərdə vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etmələrinə lazımi şərait yaradılması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas hədəflərdəndir. Qeyd edək ki, respublikamızda bu hədəflərə çatmaq üçün məqsədyönlü siyasət həyata keçirilir. Ölkə Konstitusiyası, dünyanın qabaqcıl dövlətlərinin nümunəsi nəzərə alınmaqla qəbul edilən qanunlar fundamental insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasının etibarlı qarantı qismində çıxış edir. Avropa Şurasının Venesiya Komissiyasının da müsbət rəy verdiyi Azərbaycanın Seçki Məcəlləsinin demokratik məzmununu isə ayrıca qeyd etmək lazımdır. Azərbaycan dövlətinin siyasi iradəsinə uyğun olaraq, haqqında bəhs olunan Seçki Məcəlləsində dünyanın qabaqcıl ölkələrinin seçki sistemlərində mövcud olan ən mütərəqqi müddəalar öz əksini tapıb. Qeyd olunanların fonunda son illərdə ölkəmizdə keçirilən bütün seçkilərin demokratik, şəffaf, seçicilərin yüksək fəallığı şəraitində başa çatmasına nail olunub.
Əlamətdar haldır ki, ölkəmizdə bələdiyyə, parlament və prezident seçkiləri bir qayda olaraq həm də nüfuzlu beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin müvafiq qurumlarının, vətəndaş cəmiyyətinin təmsilçilərinin fəal müşahidəsi altında həyata keçirilir. Azərbaycan dövləti respublikamızda keçirilən seçkilərin beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənilməsinə böyük maraq göstərir. Bunun təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, ölkəmizdə 2013-cü ilin oktyabrında keçirilən son prezident seçkilərini çoxlu sayda yerli və 1400 nəfərə qədər beynəlxalq müşahidəçi izlədi. Seçkilər isə tam şəffaf, cəmiyyətin bütün təbəqələrinin fəal iştirakı ilə keçdi və müşahidəçilər də öz hesabatlarında seçkilərin yüksək demokratik ab-havada başa çatdığını xüsusi olaraq nəzərə çatdırdılar.
Azərbaycan cari il noyabrın 1-nə təyin olunan parlament seçkilərini də özünün demokratik ənənələrinə, Seçki Məcəlləsində təsbit olunan müddəalara uyğun şəkildə keçirmək niyyətindədir. Hazırda seçki prosesi aktiv fazaya daxil olub. Seçicilər namizədlərin imzatoplama kampaniyasında yüksək fəallıq nümayiş etdirirlər. Ölkəmizdəki seçkiqabağı mühit növbəti parlament seçkilərinin də yüksək rəqabət şəraitində keçəcəyini söyləməyə əsas verir. Diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, seçkiqabağı dövrdə cəmiyyətdə böyük fəallıq müşahidə edilir. Öz gücünə inanmayan, proseslərin yedəyində gedən və açıq-aşkar autsayderə çevrilən bir neçə “cırtdan” partiya istisna olmaqla, cəmiyyətdə müəyyən nüfuza malik olan bütün siyasi qüvvələr seçkilərə qatılmaq niyyətlərini ifadə ediblər.
Bu məqamda onu da vurğulayaq ki, ölkəmizdə noyabrın 1-də keçiriləcək parlament seçkilərinə beynəlxalq maraq da kifayət qədər böyükdür. Artıq bir sıra beynəlxalq təşkilatlar, həmçinin, ayrı-ayrı ölkələr Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün müşahidə missiyaları göndərəcəklərini bəyan ediblər. Bununla belə, Azərbaycanın uğurlarına, getdikcə artan beynəlxalq nüfuzuna hansı yollarlasa xələl gətirməyə çalışan müəyyən qüvvələr var ki, onlar hələ seçkilər keçirilməmişdən onun nəticələrini şübhə altına almağa və beləliklə də, ölkəmiz barəsində mənfi rəy formalaşdırmağa çalışırlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) da məhz bu siyahıda yer alır. Qurumun sərgilədiyi qeyri-konstruktiv mövqe ATƏT DTİHB-nin ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərindən manipulyasiya vasitəsi kimi istifadə etmək cəhdlərini açıq-aydın ortaya qoyur. Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirərək seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərdiyi halda, bu təsisat qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayı ilə bağlı Azərbaycan tərəfinin təkliflərini qəbul etməyib və seçkiləri müşahidə etmək üçün ölkəmizə missiya göndərməyəcəyi ilə bağlı bəyanat yayıb.
ATƏT DTİHB-nin belə bir bəyanat yayması çox haqlı olaraq ATƏT-ə üzv dövlətin - Azərbaycanın suveren hüquqlarına qarşı atılan addım kimi dəyərləndirilir. Sual olunur: Nə üçün ATƏT DTİHB suallar doğuran məsələlərə Azərbaycan hökuməti ilə birlikdə, qarşılıqlı müzakirələr əsasında aydınlıq gətirmək istəmir? Elə buradan da ATƏT DTİHB-nin əsl niyyəti ortaya çıxır. Açıq-aydın görünür ki, bu təsisatın məqsədi seçkilərin nəticələrini heç bir əsas olmadan bəri başdan şübhə altına almaq və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır.
Lakin istər ATƏT DTİHB, istərsə də bu qəbildən olan digər qurumlar belə manipulyasiyalarla heç nəyə nail olmayacaqlar. Azərbaycan cəmiyyəti bu və digər qurumların qərəzli münasibətlərinin əsl mahiyyətini yaxşı başa düşür. Şübhə yoxdur ki, noyabrın 1-nə təyin olunan seçkilər də tam şəffaf, seçicilərin yüksək fəallığı şəraitində keçəcək və ölkəmizin daha da demokratikləşməsi yolunda uğurlu bir mərhələyə çevriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29

