/ / Aida İmanquliyeva dünyanın böyük alim qadınlarına xas olan bütün keyfiyyətləri təcəssüm etdirirdi
Aida İmanquliyeva dünyanın böyük alim qadınlarına xas olan bütün keyfiyyətləri təcəssüm etdirirdi
10.10.2015 [12:51]
Azərbaycan qadını ... Bu adi sözlərdə nə qədər dərin məna var - təbii gözəllik, incə zövq, iti zehin, böyük ürək və ən başlıcası istedad - qəlbinin can atdığı, əllərinin toxunduğu hər şeydə istedad.
Azərbaycan torpağı bəşəriyyətə çox zəkalı qadınlar bəxş edib: Nüşabə, Məhsəti, Natəvan, Həcər, Zərifə Əliyeva, Züleyxa Seyidməmmədova, İzzət Orucova ... Bəşər tarixinə və dünya mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazılmış bu adlar indi də hər kəsin qəlbində kövrək duyğular oyadır. Bu qadınları böyük sevgi və xalqımıza, ölkəmizə görə hədsiz qürur hissi ilə xatırlayırıq.
Belə qadınlar sırasında ilk azərbaycanlı ərəbşünas, filologiya elmləri doktoru, şərqşünaslıq üzrə professor Aida Nəsir qızı İmanquliyevanın adını çəkmək istərdik. Bu gün Aida İmanquliyevanın adı ölkəmizin hüdudlarından uzaqlarda da məşhur olan Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, Yusif Ziya Şirvani, Əbdülkərim Əlizadə, Həmid Araslı, Ziya Bünyadov, Mübariz Əlizadə, Rüstəm Əliyev, Ələsgər Məmmədov, Rəhim Sultanov, Qəzənfər Əliyev kimi görkəmli alimlərlə bir sırada çəkilir.
Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda, tanınmış jurnalist, pedaqoq, Əməkdar Elm Xadimi, Azərbaycan mətbuatının ustadlarından biri, uzun müddət “Bakı” və “Baku” qəzetlərinin redaktoru vəzifəsində çalışmış Nəsir İmanquliyevin ailəsində doğulub. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinə daxil olub. Sonra elə həmin universitetin Şərq xalqları və ədəbiyyat tarixi kafedrasının aspirantı olub, təhsilini keçmiş SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunda davam etdirib.
Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin üzvü, SSRİ-də Şərq ədəbiyyatının tədqiqatı üzrə Ümumittifaq Əlaqələndirmə Şurasının üzvü, Azərbaycanda və bütün Sovet İttifaqında yeni ərəb ədəbiyyatı üzrə əsas tədris kursunu yaradanlardan biri olub.
Bu zərif, gözəl qadın üç monoqrafiyanın (“Mixail Nuayme və Qələm Assosiasiyası”, Moskva,1975; “Cübran Xəlil Cübran”, Bakı, 1975; “Yeni ərəb ədəbiyyatının korifeyləri”, Bakı, 1991), 70-dən çox elmi məqalənin müəllifi və Şərq ədəbiyyatına həsr edilmiş bir neçə əsərin redaktoru olub. Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil edib.
Övladlarını dərin məhəbbətlə və zərif duyğularla sevən bir ana kimi o, gənc nəslin qarşısında öz borcunu da layiqincə yerinə yetirib. Aida xanım yüksək ixtisaslı ərəbşünas kadrların böyük bir nəslini yetişdirib, onların inkişafına dəstək verib, şəxsi nümunəsi ilə öz arxasınca aparıb. Aida İmanquliyeva dünyanın böyük alim qadınlarına xas olan bütün keyfiyyətləri təcəssüm etdirirdi.
Görkəmli alim Aida İmanquliyevanın ömür yolunun qısa olmasına baxmayaraq o, zəngin yaradıcılıq irsi qoyub gedib. Öz fundamental araşdırmaları ilə həm Azərbaycan, həm də dünya şərqşünaslığını zənginləşdirib. O, şərqşünaslıq elminin tarixinə yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, fundamental tədqiqatçılarından biri kimi əbədi daxil olmuş azsaylı mütəxəssislərdən biridir. Belə ki, Aida İmanquliyevanın qələminin məhsulları olan, yeni ərəb mühacir ədəbiyyatına, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nuayme, İlya Əbu Madil kimi görkəmli, Şərq ruhunu Qərb təfəkkürü ilə birləşdirən nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş tədqiqatları bu gün də öz orijinallığını, aktuallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını qoruyub saxlayır.
Böyük ziyalı, görkəmli alim Aida İmanquliyeva Qərb və rus ədəbiyyatını dərindən bilirdi. O, öz elmi-ədəbi fəaliyyəti sayəsində Şərqi və Qərbi birləşdirən görkəmli alimlərdən biri idi. Aida İmanquliyevanın əsərləri nəinki Azərbaycanda və keçmiş Sovet İttifaqında, həmçinin bütün Qərbdə və dünyada şərqşünaslığın uğurlarına həsr edilmiş tədqiqatlardır. Bu əsərlər bu gün də öz elmi əhəmiyyətini və aktuallığını itirməyib. Onun metodologiyası ümumbəşəri dəyərlərə əsaslanırdı.
Aida xanım öz qısa ömrünün yarısını Azərbaycan elminin inkişafına, Azərbaycan şərqşünaslığının təşkilinə həsr edib. Bu alimi tanıyanlar, onun tələbələri Aida xanımı dərin biliyinə, mənəvi zənginliyinə görə sevirdilər. Tələbələri onun davranışına və rəftarına, mühazirələrinə heyran idi. Onun hər bir hərəkətində nəciblik duyulurdu. Ulu Tanrı ondan heç nəyi əsirgəməmişdi: gözəllik, ağıl, nəcabət. Aida xanım İmanquliyevanı səciyyələndirən əsas cizgilər, insani keyfiyyətlər özünə qarşı tələbkarlıq, ailəsinə tükənməz sevgi hissi idi. Təəssüf ki, o, yaradıcılıq qüvvələrinin çiçəkləndiyi bir dövrdə dünyasını dəyişdi.
Aida İmanquliyeva təkcə ərəbşünas deyil, həm də fəlsəfə tədqiqatçısı idi. O, sivilizasiyalararası qarşılıqlı əlaqələri üzə çıxarmağa, Qərb və Şərq təfəkkür tərzinin ortaq və fərqli xüsusiyyətlərini, bu problemlərin Azərbaycan üçün xüsusi aktuallıq kəsb edən fəlsəfi və ədəbi müstəvilərə proyeksiyasını açıqlamağa nail olmuş tədqiqatçı idi.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

