/ / Dövlətqaçqınkomda Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru ilə görüş keçirilib
Dövlətqaçqınkomda Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru ilə görüş keçirilib
13.10.2015 [10:11]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov oktyabrın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Patrik Vial, onun müavini Severin Şappa və qurumun ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Deniz Duran ilə görüşüb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə, həmçinin BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən də danışılıb, bu qurumun cəbhə xətti boyunca həyata keçirdiyi layihələr, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Ümumi daxili məhsulun artım templərinə görə son beş ildə ölkəmiz dünyada öncül mövqedədir. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir.
Ölkəmizin müstəqil siyasət yürütdüyünü deyən Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycan dünyanın maraq dairəsindədir. Artıq bu gün bizi neft-qaz ölkəsi kimi yox, qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Buna misal olaraq, “Eurovision” mahnı müsabiqəsini, ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarını, beynəlxalq forumları və bu qəbildən olan digər çoxsaylı tədbirləri göstərmək olar.
Əli Həsənov qonaqlara Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında da geniş məlumat verib.
Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib.
Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə mütəmadi məşğul olurlar, ancaq onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir.
Əli Həsənov, həmçinin diqqətə çatdırıb ki, bu vəziyyət bütövlükdə region üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Əgər bütün bunlar da alınmırsa onda bu dövlətlər kənara çəkilməlidir və Azərbaycanla Ermənistan özləri təkbaşına bu problemi həll etməlidir. Çünki bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdırlar.
Ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Patrik Vial bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsinin qərarı” ilə barələrində “hökm” çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bugünkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb, işğalçı ölkənin bu barədə tutduğu mövqe Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına saymazlıq, onları kobud şəkildə pozmaq və ciddi özbaşınalıq kimi dəyərləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

