/ / Sədaqət Vəliyeva: 2016-cı ilin büdcəsi sosial yönümlüdür və dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır
Sədaqət Vəliyeva: 2016-cı ilin büdcəsi sosial yönümlüdür və dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır
14.10.2015 [10:02]
“2016-cı ilin büdcə layihəsi ümumi mənada sosial yönümlüdür və dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır. Büdcə layihəsinin təhlili onu göstərir ki, qlobal səviyyədə cərəyan edən böhran proseslərinə baxmayaraq, 2016-cı ilin büdcə layihəsinin əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini şərtləndirir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, gələn ilin büdcəsinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirir: “Doğrudur, dünyada baş verən maliyyə-iqtisadi proseslərə görə neftin qiymətinin ötən ilə nəzərən 2 dəfədən çox ucuzlaşması nəticəsində Azərbaycanın gəlirlərinin azalmasına baxmayaraq, 2016-cı ilin büdcə zərfində əksini tapmış ayırmalara nəzər saldıqda bir daha görürük ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili durur və sosial rifah dövlətinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Gəlirlərinin təxminən 15 milyard, xərclərinin isə 16 milyard manat olduğu büdcə layihəsi həm də ölkə əhalisinin yaşayış səviyyəsinin sabit saxlanılması baxımından aydın mənzərə formalaşdırır. Biz bunu dövlət büdcəsində nəzərdə tutulmuş yaşayış minimumunun və ehtiyac meyarının illər üzrə artım dinamikasını da müşahidə edirik. Məsələn, ölkə üzrə yaşayış minimumu 2010-cu ildə 87, 2011-ci ildə 95, 2012-ci ildə 108, 2013-cü ildə 116, 2014-cü ildə 125, 2015-ci ildə 131 manat səviyyəsində müəyyənləşdirilibsə, gələn ilin dövlət büdcəsində bu rəqəm 136 manat təşkil edəcək.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi üçün müəyyənləşdirilən ehtiyac meyarı da yüksəlməkdədir. Məsələn, ehtiyac meyarı 2010-cu ildə 65, 2011-ci ildə 75, 2012-ci ildə 84, 2013-cü ildə 93, 2014-cü ildə 100, 2015-ci ildə 105 manat məbləğində təsdiqlənsə də, gəlirlərimizin azalmasına baxmayaraq, 2016-cı ildə də bu rəqəm azaldılmamış, eyni saxlanılmışdır. Əlbəttə ki, bu rəqəmlər onu göstərir ki, son 5 il ərzində Azərbaycanda insanların yaşayış səviyyəsi yüksəlib və yoxsulluğun aradan qaldırılması prosesi normal tempdə gedir. Müqayisə üçün bildirək ki, son beş il ərzində 2010-cu ilə nisbətdə ölkə üzrə yaşayış minimumunun və ehtiyac meyarının təxminən 50 faiz artıb.
Bir sözlə, 2016-cı ilin büdcəsi iqtisadiyyatın sosial məzmununu və investisiyayönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək rifah, ölkəmizin müdafiə qabiliyyətinin artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi və digər planlar üçün mühüm maliyyə bazası yaradacaq”.
Deputat əlavə edib ki, biz dövlət büdcəsi yaxud da, hansısa maliyyə sənədlərindən danışarkən rəqəmlərin hər il atrmasına, sosial, iqtisadi və digər xərclərin maliyyəsinin yüksəldilməsinə öyrəşmişik: “Amma bununla belə gəlirlərimizin xərclənməsinin və maksimum fayda əldə edilməsinin optimal yollarını da axtarmalıyıq. Əminliklə deyə bilərəm ki, büdcə ayırmaları kifayət qədərdir. Sadəcə olaraq, xərcləri düzgün şəkildə təşkil etməliyik. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, israfçılığa yol verilməməlidir, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir və çalışmalıyıq ki, vəsaitə qənaət edək”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

