/ / Əli Həsənov: Bu gün Azərbaycan gəncliyinin əsas vəzifələrindən biri seçkilərdə fəal iştirak etməkdir
Əli Həsənov: Bu gün Azərbaycan gəncliyinin əsas vəzifələrindən biri seçkilərdə fəal iştirak etməkdir
21.10.2015 [10:07]
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 63,5 min gənc ilk dəfə səs verəcək. Seçki günü 257 nəfərin 18 yaşı tamam olacaq. Hazırda Azərbaycan əhalisinin 60 faizindən çoxunu yaşı 35-dək olan gənclər təşkil edir. Bu gün gəncliyimizin əsas vəzifələrindən biri seçkilərdə fəal iştirak etməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikir parlament seçkilərində gənclərin fəallığına dair oktyabrın 20-də gənclər təşkilatlarının nümayəndələri ilə keçirilən görüşdə səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən görüşdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda keçirilən seçkilərdə gənclərin fəal iştirakından, ölkəmizdə dövlətçilik ənənələrinin inkişafında onların rolundan, yeni nəslin milli vətənpərvərlik ruhunda yetişməsinin vacibliyindən danışıb. O, Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində iştirakın vətəndaşlıq borcu olduğunu vurğulayıb.
Müstəqilliyin hər bir xalqın tarixində ən böyük nemət olduğunu qeyd edən MSK sədri Məzahir Pənahov seçkilərin ölkə həyatında mühüm rol oynadığını söyləyib. Bildirib ki, məhz bu baxımdan bir ölkənin həyatında qarışıqlıq yaratmaq istəyən bəzi qüvvələr ilk növbədə seçkilərdən istifadə etməyə çalışırlar. Dövlətin suverenliyinin gənc nəslin inkişaf səviyyəsindən də asılı olduğunu diqqətə çatdıran M.Pənahov bu baxımdan gənclərin milli vətənpərvərlik ruhunda yetişməsinin hər bir ölkə üçün vacib rol oynadığını söyləyib. Parlament seçkiləri Azərbaycanın ictimai-siyasi mühiti üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də hər bir vətəndaş, xüsusən gənclər bu prosesdə fəal iştirak etməlidir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlar əldə etdiyini vurğulayan Məzahir Pənahov bildirib ki, builki seçkilərdə ilk dəfə səs verəcək gənclərin sayı 63 min 555 nəfərdir. Səsvermə günü 257 seçicinin 18 yaşı tamam olacaq. Gənclərin parlament seçkilərində fəal iştirak edəcəklərinə əminliyini ifadə edən MSK sədri bu prosesdə onlara uğurlar arzulayıb.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu görüşün ilk dəfə səs verəcək gənclərin xatirəsində daim qalacağını vurğulayaraq son illər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ən uğurlu istiqamətlərindən birinin gənclər siyasəti olduğunu bildirib. Əli Həsənov Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti nəticəsində bu gün Azərbaycan dövlətinə sahiblik etmək iqtidarına malik güclü gənclər ordusunun formalaşdığını deyib. “Bu gün Azərbaycan gəncliyi həm fiziki, həm mənəvi, həm də intellektual səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrinin gəncləri ilə müqayisə edilə bilər. Azərbaycan Prezidenti çıxışlarında, gənclərlə bağlı görüşlərində dəfələrlə bildirib ki, bizə Azərbaycan dövlətinə, dövlətçiliyinə sahiblik hissi olan məsuliyyətli gənclik lazımdır. O gənclik ki təkcə öz dövlətinin müvəffəqiyyətlərinə kənardan baxıb onu alqışlamır, eyni zamanda, bu dövlətin formalaşmasında, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edir”, - deyə Əli Həsənov vurğulayıb.
Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilində gənclərin mühüm rol oynadığını xatırladan Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, könüllü kimi iştirak edən on mindən artıq gənc yarışların bütün ağırlığını digər qurumlarla çiyin-çiyinə verərək daşıdı. Avropa Oyunlarında formalaşmış könüllü gənclər ordusu bu gün istənilən sahədə avanqard hissə kimi öndə getməyə, digər gəncləri arxasınca aparmağa hazırdır. Bu gənclik göstərdi ki, Azərbaycanda dünya səviyyəsində rəqabət aparmaq gücündə olan gənclik formalaşıb.
“Bu gün gəncliyin əsas vəzifələrindən biri də seçkilərdə fəal iştirak etməkdir”, - deyən Prezidentin köməkçisi onların seçkilərlə bağlı geniş təbliğati və maarifləndirmə işləri aparmalarının, eləcə də ölkəmizdə seçkilərin demokratik şəraitdə keçirilməsinə maneçilik törətməyə çalışan qüvvələrə qarşı fəal olmalarının vacibliyini diqqətə çatdırıb: “Bu gün sosial şəbəkələrdə, yerli və beynəlxalq mətbuatda Azərbaycanda keçirilən seçkilər mövzusu aktuallaşmaqda davam edir. Seçki günü, ondan sonra nəticələrin elan olunması, “exit-poll” və sosioloji təhlillər aparan digər qurumların məlumatlarının müzakirəsi zamanı Azərbaycan gəncliyini fəallığa çağırıram. Gördüklərinizi şəbəkələrdə paylaşın, xaricdə və ölkə daxilində müzakirəyə çıxarın, Azərbaycanın bu illərdə formalaşdırdığı seçki praktikasının reallıqları, seçki modeli və seçki prosesini həyata keçirən institutların fəaliyyətini, bütövlükdə dövlətin bu sahədə iştirakı məsələlərini təhlil edin. Azərbaycanda seçkiləri saxtalaşdırmaq, onun keçirilməsi ilə bağlı mənfi rəy formalaşdırmaq istəyən yerli və xarici qüvvələrə müqavimət göstərin”.
Əli Həsənov, həmçinin dövlətçiliyin mühüm sütunlarından biri olan qanunverici orqanın formalaşdırılması prosesinə gənclərin şüurlu şəkildə geniş cəlb edilməsinin də əhəmiyyətini xüsusi vurğulayaraq, onları namizədlərlə görüşlərdə fəallıq göstərməyə çağıraraq deyib: “Namizədləri Azərbaycan cəmiyyətinin, gəncliyinin problemləri ilə tanış edin. Namizədlərdən öhdəliklər alın ki, onlar parlamentdə təmsil olunduqları təqdirdə gəncliyin problemləri fəaliyyətlərində əsas istiqamətlərdən birini təşkil edəcək”.
Hər beş ildə ölkəmizdə üç seçkinin keçirildiyini diqqətə çatdıran Prezidentin köməkçisi gənclərin dövlətçilik, vətəndaşlıq məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəcəklərinə, bu görüşdən sonra gənclər təşkilatlarının Azərbaycan gəncliyi, o cümlədən ilk dəfə səs verəcək şəxslər arasında geniş təbliğati işlər aparacağına əminliyini ifadə edib. “Prezident İlham Əliyev Öz siyasətində məsuliyyətlilik, qanunçuluq, dövlətçilik, dövlət maraqlarının təmin olunması, müstəqil dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Bu mövqe bəzən müəyyən dairələri narahat edir. Azərbaycanı istəməyən bəzi dairələr dövlətimizin siyasətinə, onun daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bizim vəzifəmiz isə ondan ibarətdir ki, Azərbaycan dövlətini qoruyaq, yaşadaq, bu dövlətə söykənərək xalqımızın maraqlarını təmin edək”.
Gənclər və idman naziri Azad Rəhimov ölkə həyatında mühüm rol oynayan parlament seçkilərinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayaraq bu prosesdə gənclərin fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb. Nazir qeyd edib ki, ölkəmizdə 300-dən çox qeyri-hökumət gənclər təşkilatı fəaliyyət göstərir və onlar öz sıralarında minlərlə gənci birləşdirir. Azərbaycanda gənclərin fəallığının artırılması istiqamətində mühüm tədbirlər, yeni layihələr həyata keçirilir. Parlament seçkilərində namizədlər arasında gənclərin sayının kifayət qədər çox olmasını sevindirici hal kimi qiymətləndirən Azad Rəhimov bildirib ki, bu gün Azərbaycan əhalisinin 66 faizini yaşı 35-dək olan gənclər təşkil edir. Bu baxımdan gənclərlə aparılan işlər, onları seçkilərdə fəal iştiraka cəlb etmək çox əhəmiyyətlidir. Məhz buna görə də Azərbaycanda ilk dəfə səs verəcək gənclərlə daim ardıcıl iş aparılır, müxtəlif təlimlər keçirilir. Gənclər təşkilatları bu təlimləri, təbliğat işlərini davam etdirməlidirlər.
Sonra gənclər təşkilatlarının təmsilçiləri çıxış ediblər.
Gənclər Fondunun Müşahidə Şurasının üzvü, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini Nurxan Babayev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov çıxışlarında dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, əldə edilən nailiyyətlərdən danışıb, parlament seçkilərində gənclərimizin fəal iştirak edəcəklərini bildiriblər. Gənclər, həmçinin seçkilərdə fəallığın artırılması ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Onlar belə tədbirlərin regionlarda da keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

