Çinli diplomat: AZƏRTAC Çində populyardır
03.11.2015 [10:00]
“AZƏRTAC Çində populyardır”. Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Yuy Xonçi bu sözləri noyabrın 2-də Azərbaycan Dövlət İnformasiya Agentliyində keçirilmiş görüşdə söyləyib.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin tarixi, fəaliyyəti, dünya ölkələrinin informasiya agentliklərini birləşdirən beynəlxalq qurumlarda iştirakı barədə çinli qonaqlara məlumat verib. Qeyd edilib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr inkişaf edir və möhkəmlənir.
Baş direktor vurğulayıb ki, AZƏRTAC Çinin Sinxua informasiya agentliyi ilə həm ikitərəfli formatda, həm də beynəlxalq xəbər alyansları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu əməkdaşlığa qarşılıqlı informasiya mübadiləsi, müştərək layihələrin həyata keçirilməsi, Azərbaycanı Çində, Çini isə Azərbaycanda daha yaxşı təqdim etməyə imkan verən yaradıcılıq əlaqələri daxil ola bilər. A.Aslanov daha sonra bildirib ki, AZƏRTAC keçən ildən Çin dilində informasiya yaymağa başlayıb. Bu, çinli oxucuları Azərbaycan reallıqları ilə tanış etməyə, ölkəmiz haqqında həqiqəti onlara çatdırmağa imkan verir. Bundan əlavə, AZƏRTAC Azərbaycandakı Konfutsi İnstitutu ilə sıx qarşılıqlı əlaqə saxlayır, Çində agentliyin müxbir məntəqəsi fəaliyyət göstərir, onun təşkilati dəstəyi ilə bu ölkədə bir sıra tədbir keçirilib.
Çinin Azərbaycandakı səfirliyinin müşaviri Yuy Xunçi AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, 7 dildə informasiya buraxılışı çox böyük və ağır zəhmətdir. Diplomat deyib: “Bu işin öhdəsindən yalnız sizin 95 yaşlı AZƏRTAC kimi iri və təcrübəli informasiya agentliyi gələ bilər”. Çinli diplomat səfirliklə AZƏRTAC arasında informasiya sahəsində qarşılıqlı əlaqələri genişləndirmək, hər iki ölkənin ictimaiyyətini Çinin və Azərbaycanın həyatı ilə tanış etməyə imkan verən müştərək layihələr reallaşdırmaq arzusunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

