Rusiyalı müşahidəçilər Azərbaycanda keçirilmiş seçkilərlə bağlı fikirlərini bildiriblər
03.11.2015 [10:16]
Noyabrın 2-də “Rossiya seqodnya” beynəlxalq mətbuat mərkəzində ölkəmizdə keçirilmiş seçkiləri izləmiş bir qrup rusiyalı müşahidəçi mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyası İctimai Palatasının beynəlxalq əməkdaşlıq komissiyasının sədri Sergey Markov, Rusiya Federasiyası Dövlət Dumasının deputatları Aleksandr Sidyakin və Olqa Kazakova, habelə İctimai Palata katibinin müavini, Rusiya Hüquqşünaslar Assosiasiyasının rəyasət heyətinin üzvü Vladislav Qrib iştirak ediblər.
S.Markov V çağırış Milli Məclisə seçkiləri “düzgün, ədalətli, Azərbaycan xalqının iradəsini ifadə edən” seçkilər kimi xarakterizə edib. O qeyd edib ki, seçicilərin namizədlərinə sərbəst səs vermələri üçün lazım olan şərait yaradılıb. Deputatlığa namizədlər seçkiqabağı təşviqatda bərabər imkanlardan istifadə ediblər.
Onun fikrincə, Yeni Azərbaycan Partiyasından xeyli sayda deputatlığa namizədin dəstəklənməsinin səbəbi onun nümayəndələrinin əsası Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycanda müşahidə olunan sürətli iqtisadi yüksəlişə və sabitliyin möhkəmlənməsinə yönəldilən siyasi kursa sadiq qalmalarıdır.
Komissiya sədri səsvermə prosesinin xarici KİV-lərdə neqativ işıqlandırılması məsələsinə də toxunub. Onun sözlərinə görə, seçkilərin qeyri-legitimliyi barədə əsassız fikirlər yalnız onu təsdiq edir ki, Azərbaycan həqiqətən də öz inkişafında əhəmiyyətli tərəqqiyə nail olub, müstəqil siyasət aparır. Bu isə ikili standartlar yürüdən, ölkədə sabitliyi və xalqın rifahını görmək istəməyən müəyyən siyasi qrupları qane etmir.
S.Markovun fikirlərini dəstəkləyərək A.Sidyakin vurğulayıb ki, Azərbaycanda vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilən proseslər uğurla həyata keçirilir. Onun fikrincə, Azərbaycan Qafqazdakı dövlətlərin heç birinə bənzəmir və son 20 ildə əldə etdiyi uğurlarla qürur duya bilər.
Diqqətə çatdırılıb ki, dövlətimizin qanunvericilik bazası və seçki təcrübəsi başqalarına nümunə ola bilər.
Konfrans iştirakçıları Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərin qənaətbəxş olmasını, hər iki ölkənin rəhbərliyi, parlamentariləri və müxtəlif təşkilatları səviyyəsində əlaqələrini qeyd ediblər. Onlar seçkilərin nəticələrinin iki dövlətin gələcək əməkdaşlığına kömək edəcəyinə əmin olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

