/ / İsrailin “Birinci radio”sunun baş redaktoru: Seçki prosesi mütləq mənada demokratik və şəffaf idi
İsrailin “Birinci radio”sunun baş redaktoru: Seçki prosesi mütləq mənada demokratik və şəffaf idi
05.11.2015 [10:22]
İsrailin “89.1FM Birinci radio”sunun baş redaktoru Vlad Zernitski dünən Bakıdan Təl-Əvivə qayıdandan sonra demək olar ki, dərhal, Bakıda keçirilmiş seçkilərin təəssüratı altında birbaşa efirə çıxıb və Azərbaycan Respublikasında keçirilmiş parlament seçkilərində israilli müstəqil müşahidəçi kimi gördükləri barədə söhbət açıb.
Vlad Zernitski səmimilik və xeyirxahlıq şəraitində keçmiş Bakı səfəri barədə o qədər emosional söhbət açıb ki, radio dinləyiciləri birbaşa efirdə ona çoxsaylı suallarla müraciət ediblər.
İsrailin “Birinci radio”sunun baş redaktoru Vlad Zernitski qeyd edib ki, Azərbaycanda seçki prosesi mütləq mənada demokratik və şəffaf idi. İsrailin “89.1FM Birinci radio”sunun baş redaktoru birbaşa efirdə deyib: “Bu, mənim Bakıya ilk səfərim idi. Oraya Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə parlament seçkilərində müşahidəçi kimi iştirak etmək üçün getmişdim. Müşahidəçi kimi altı seçki məntəqəsində oldum. Deyə bilərəm ki, seçkilərin təşkili çox xoşuma gəldi. Hər şey o dərəcədə dürüst və rahat təşkil olunmuşdu ki, məndə heç bir sual yaranmadı. Burada hətta Azərbaycan dilini bilməyən insana da hər şey tam aydın idi. Lakin bu şəraitdə də mənim yanımda tərcüməçi vardı. Mən görürdüm ki, səsverməyə gələn insanların üzündə təbəssüm var, bu insanlar özlərini sərbəst hiss edir, onlara kənardan heç bir təzyiq göstərilmir”.
İsrailli müşahidəçi Azərbaycanın seçki qanunvericiliyini də yüksək qiymətləndirib. Zernitski deyib: “Elektoral qanunvericiliyə uyğun olaraq Azərbaycanda polis işçiləri seçki məntəqəsindən 100 metr məsafədə olmalıdırlar. İsrail Dövlətində belə qayda yoxdur. Bu fakt həqiqətən seçicilərdə gərginlik hissi yaranmasına imkan vermir. Vətəndaşlar seçkilərə təbəssümlə gəlirdilər. Psixoloji baxımdan bu o deməkdir ki, onlar seçkilərə könüllü gəlir və şüurlu şəkildə seçim edirlər. Bu, çox vacib məqamdır və ona dəlalət edir ki, ölkənin gələcək parlamenti keyfiyyətli və peşəkar olacaq, Azərbaycanın vəziyyətini daha da yaxşılaşdırmağa xidmət edən qanunlar qəbul edəcək”.
İsrailli jurnalistin sözlərinə görə, Bakıda o, İsraildən gəlmiş müşahidəçi kimi özünə qarşı qonaqpərvər və səmimi münasibət hiss edib. Zernitski vurğulayıb: “Azərbaycanda bütün yerli əhaliyə xas olan bu cəhət çox sevindiricidir. Lakin elə həmin fakt həm də onu göstərir ki, insanlar seçki məntəqələrinə könüllü surətdə gəlir, öz vətəndaşlıq borcunu könüllü şəkildə yetirirlər. Bu isə seçkilərin demokratik şəkildə keçməsinə sübutdur”.
İsrailin “Birinci radio”sunun baş redaktorunun fikrincə, İslam aləmində ən dünyəvi, ən azad ölkə olan Azərbaycana münasibətdə ABŞ və Qərb tərəfindən ikili standartlar siyasəti yürüdülməsi təəssüf doğurur. O vurğulayıb: “Mən bu gözəl ölkəni gördüm və duydum, səsvermə məntəqələrinə gələn insanlarla sıx ünsiyyətdə oldum. Bu sahədə məlumatı olan hər bir siyasətçiyə və analitikə tamamilə aydındır ki, Azərbaycanda yaranmış hakimiyyət balansı pozulsa, vəziyyətin sabitliyi pozulsa, bu ölkədə Avropaya xas olan demokratiya deyil, bizim ölkənin sərhədləri yanında müşahidə etdiyimiz Yaxın Şərqə xas olan qanlı xaos vəziyyəti yaranar”.
Zernitskinin fikrincə, bu halda zəngin neft və qaz ehtiyatlarına malik olan bu ölkə asan bir “yem”ə çevrilər, onu dərhal parçalamağa başlayarlar. İsrailin “Birinci radio”sunun baş redaktoru sonda deyib: “Əgər kimlərsə bunu başa düşmürsə və ya anlamaq istəmirsə, bu, Azərbaycan üçün problem olmamalıdır. Əlbəttə, avropalı və amerikalı tənqidçilərlə, xüsusən yüksək vəzifə sahibləri ilə ünsiyyət saxlamaq, müzakirələr aparmaq lazımdır, lakin bir dəqiqə belə unutmaq olmaz ki, çətin məqamda ölkə yalnız özünə güvənə bilər. Mən və dostum, Cənubi Qafqaz üzrə israilli ekspert Arye Qut İtaliya parlamentinin nümayəndələrinə avropalıların Azərbaycana münasibətdə ikili standartları və anti-Azərbaycan ritorikası barədə suallar verdik, lakin onlardan anlaşıqlı cavab almadıq. Bu fakt bir daha onu göstərir ki, bu insanların Azərbaycan kimi gözəl ölkə barədə dəqiq təsəvvürləri və Azərbaycana münasibətdə ölçülüb-biçilmiş xarici siyasət strategiyasından əsər-əlamət yoxdur”.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

