/ / Azərbaycan güclü dövlətdir və heç bir terrorçu dəstənin ölkəmizdəki sabitliyi, təhlükəsizliyi pozmaq istəyi baş tutmayacaq
Azərbaycan güclü dövlətdir və heç bir terrorçu dəstənin ölkəmizdəki sabitliyi, təhlükəsizliyi pozmaq istəyi baş tutmayacaq
05.12.2015 [10:58]
Bundan sonrakı dövrdə Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaqdır
Bu bir həqiqətdir ki, Azərbaycan tolerant ölkədir, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu gün Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır.
Ümumiyyətlə, Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Təsadüfi deyil ki, Azərbaycan hazırda beynəlxalq arenada həm dini azadlığın yüksək səviyyədə təmin edildiyi, həm də tolerant ölkə kimi tanınır.
Lakin təəssüflər olsun ki, Azərbaycanın inkişafından narahatlıq duyan bəzi xarici dairələrin əlaltıları ölkəmizdə sabitliyi pozmaq, hətta konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərir, hüquqazidd əməllərə yol verirlər. Təbii ki, bu cür illeqal fəaliyyət müxtəlif adlar altında davam etdirilir. Bu baxımdan, din pərdəsi arxasında çıxış edən terrorçu və ekstremistlərin fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Eyni zamanda, din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən bir sıra ölkələrin də müəyyən maraq və müdaxilələri aydın sezilir. Məhz bu çərçivədə müəyyən hərəkətlənmələrə, qanunazidd və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə uyğun olmayan təxribatçı hərəkətlərə də rast gəlinir. Bu mənada əminliklə söyləmək olar ki, Bakının Nardaran qəsəbəsində baş verən hadisə din pərdəsi arxasında fəaliyyət göstərən, əslində isə, xarici dairələr tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdidir. Bundan öncə qeyd etdiyimiz kimi, terrorçu dəstə başçısı Taleh Bağırov və onun ətrafında birləşmiş ekstremistlər xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları ediblər. Başlıca məqam ondan ibarətdir ki, Nardaranda bir tərəfdə terrorçular, radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalıblar. Bu terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıb. Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir.
Qeyd edildiyi kimi, uzun illərdir bu qəsəbənin sakinləri dövlətin konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər. Qəsəbədə icra hakimiyyəti, bələdiyyənin fəaliyyətinə imkan verilmir, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilirdi. Eyni zamanda, burada təhsil və səhiyyə sistemi tamamilə pozulub. Uşaqlar orta məktəbdən yayındırılır, ifrat radikal dini təlim həyata keçirilirdi. Dövlət institutlarının fəaliyyəti əvəzinə qəsəbədə anlaşılmaz “ağsaqqallar şurası hakimiyyəti” yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənirdi. Bütövlükdə isə, Nardaran terrorun, radikal ekstremizmin yuvasına çevrilmişdi.
Əlbəttə, son hadisələrin fonunda isə əminliklə demək olar ki, Azərbaycan dövləti ekstremistlərə və terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi. Bütün hallarda Azərbaycanda təhlükəsizlik, ictimai-siyasi sabitlik təmin olunub və dövlət terrorçuların xaos yaratmaq cəhdlərinə izin verməyəcək! Azərbaycan güclü dövlətdir və heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyi baş tutmayacaq. Buna cəhd edənlər isə layiqli cəzalarını alacaqlar.
Şübhəsiz, Azərbaycan dövləti bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə tam qətiyyətlidir. Xəbər verdiyimiz kimi, dekabrın 1-də Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçiriblər. Əməliyyatın məqsədi uzun illərdir Nardaranı yuva salmış terrorçulardan, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əmin-amanlığı və normal həyat ritmini bərpa etmək olub. Qəsəbədə tədbirlərin həyata keçirilməsinə başlanıb, küçə və meydanlar radikal dini simvollardan, ekstremist və terrorçuların qurduğu “barrikada”lardan təmizlənib. Əməliyyat zamanı insanları itaətsizliyə və müqavimət göstərməyə çağıran terrorçu və ekstremist dəstənin üzvləri gizlənıb, amma onların müəyyənləşdirilməsi və saxlanması istiqamətində konkret tədbirlər görülüb. Şübhəsiz, bundan sonrakı dövrdə Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23

