Ulu öndər Heydər Əliyev tarixin yaddaşında əbədiləşən ən böyük azərbaycanlıdır
12.12.2015 [11:41]
Ulu öndər Heydər Əliyev misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşən ən böyük azərbaycanlıdır. Ümummilli lider Heydər Əliyev çağdaş Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalıb və qalacaq. Azərbaycan xalqı bu dahi övladı ilə haqlı olaraq fəxr edir.
Bu fikirlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar dekabrın 11-də AZƏRTAC-da keçirilən anım tədbirində səsləndirilib.
AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsinin və Yeni Azərbaycan Partiyasının “Xəbərlər Ajansı” ərazi ilk təşkilatının birlikdə keçirdikləri anım mərasiminin iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin agentliyin binasının foyesindəki abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq məfkurəsi əsas prinsip olub. Bu məfkurə müstəqillik illərində daha da inkişaf edərək milli dövlətçiliyimizin sarsılmaz dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycanda hansı sahəyə üz tuturuqsa, orada Ümummilli liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük.
Qeyd olunub ki, respublikamızda və dünyanın müxtəlif ölkələrində Ümummilli lider Heydər Əliyevin anım mərasimlərinin keçirilməsi bu dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramın və tükənməz sevginin bariz göstəricisi olmaqla yanaşı, Ulu öndərimizin qurub yaratdığı müasir müstəqil Azərbaycana hörməti nümayiş etdirir.
Tədbirdə bildirilib ki, bu gün Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin praqmatik lider və dövlət başçısı kimi Heydər Əliyev ideyalarını uğurla həyata keçirməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində özünə layiqli yer tutur.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

