Azərbaycan-Çin münasibətləri: Avrasiyada əməkdaşlıq və təhlükəsizliyə strateji töhfə
15.12.2015 [10:06]
Azərbaycan Prezidenti İlham Əliyev: Bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik
Çoxvektorlu və praqmatik xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində öz mövqeyini gücləndirmək və yeni geostrateji əməkdaşlıq platformalarını gerçəkləşdirmək üçün həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr dairəsini genişləndirməkdədir. Şübhəsiz, bu günədək ölkəmizin xarici siyasət strategiyasının əsas istiqamətləri qismində yerləşdiyi regionda səmərəli əlaqələr və əməkdaşlıq platformaları reallaşdırmaq, Avroatlantik məkana inteqrasiya etmək və beynəlxalq münasibətlər sisteminin nüfuzlu milli dövlətləri ilə qarşılıqlı-faydalı münasibətləri davam etdirmək xüsusi yer tutub. Lakin XXI əsrdə yeni dünya düzəninin fonunda ortaya çıxmış reallıqlar çoxşaxəli əməkdaşlıq münasibətlərinin formalaşdırılmasını zəruri edir. Bu kontekstdə geostrateji güc mərkəzləri ilə siyasi-iqtisadi tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb etməkdədir.
Avrasiyada Çin faktoru: geostrateji reallıqlar nə deyir?
Sadalananlar baxımından qeyd etmək olar ki, XXI əsrin iqtisadi güc mərkəzinə çevrilən və özünün iqtisadi, demoqrafik potensialı ilə çoxqütblü dünya düzəni formalaşdırmaq iddiasında olan Çin müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi lokomotiv aktorlardandır. Çin Avrasiya subregionunda, xüsusilə də Azərbaycanın mühüm təsir imkanlarının olduğu bölgələrdə ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir. Belə ki, hazırkı dönəmdə Qafqaz, Xəzər-Qara-Baltik dənizləri hövzələri və Mərkəzi Asiyadakı bir sıra regional miqyaslı, qlobal xarakterli layihələrə xüsusi maraq göstərən Çinin diqqətini cəlb edən əsas layihələrdən biri TRACECA projesi çərçivəsində reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizidir. Çünki bu dəhliz geostrateji səciyyə daşımaq etibarilə Çin və Mərkəzi Asiya məhsullarının ən qısa marşrut vasitəsilə operativ və effektiv olaraq Avropaya daşınmasına imkan yaradacaq. Mərkəzi Asiyadan Avropaya qədər uzanan geosiyasi məkanda çoxvektorlu qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqda maraqlı olan Çin Qazaxıstandan öz ərazisinə qədər “Transqazax neft və qaz layihəsi” adlanan enerji dəhlizinin reallaşmasına və gələcəkdə Azərbaycanın da bu layihəyə qoşulmasına çalışır. Dolayısıyla, XXI əsrin geostrateji reallıqlarının fonunda nəhəng Asiya dövləti bəhs etdiyimiz coğrafi məkanda yeni əməkdaşlıq platformalarının gerçəkləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bu isə belə bir qənaətə gəlməyə imkan verir ki, dəyişən dünya nizamının fonunda Avrasiya subregionunun milli dövlətləri Çin gerçəkliyini nəzərə almalıdırlar. Nüfuzlu strateji araşdırma mərkəzləri Çinin dünya siyasətindəki mövqeyindən bəhs edərkən bu ölkənin təsir imkanları və perspektivlərini müəyyənləşdirmək üçün əhəmiyyətli amillərə diqqət yetirirlər. Əvvəla, Çin yeni dünya nizamında söz sahibi olan, dünya siyasi və iqtisadi proseslərini regional və qlobal miqyasda istiqamətləndirmək imkanlarına sahib “G-7”lərdən biridir. İkincisi, hazırda Çinin yalnız Şərqi və Mərkəzi Asiyada, Yaxın və Orta Şərqdə deyil, bütün dünyada cərəyan edən geosiyasi proseslərə təsir gücünə malik dövlətə çevrilməsi reallıqdır. Üçüncüsü, bu ölkə son 20 ildə dünyanın ən nəhəng iqtisadi və hərbi güclərindən birinə çevrilib (Çin daş kömür hasilatına, sement, polad, alüminium, pambıq parça istehsalına görə, həmçinin ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq iqtisadiyyatın artım sürətinə görə dünyanın ən böyük dövlətləri arasında birinci yeri tutur). Nəhayət, bu dövlət Birləşmiş Millətlər Təşkilatında mühüm institusional təsir imkanlarına malikdir.
Çin-Azərbaycan münasibətləri ortaq siyasi iradəyə və qarşılıqlı maraqlara əsaslanır
Son dönəmlər Azərbaycan Respublikasının xarici siyasət hədəflərindən birini də Çinlə qarşılıqlı-faydalı əməkdaşlıqdan mühüm siyasi-iqtisadi dividendlərin əldə edilməsi təşkil edir. Öz növbəsində, Çin də Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə münasibətlərinin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir. Prezident İlham Əliyevə dekabrın 11-də Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimində Azərbaycanın Çin ilə uzun illərdir uğurlu əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin səmərəli olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğulayıb.
Qeyd etmək lazımdır ki, tərəflər arasındakı əlaqələr çoxşaxəlidir və siyasi, iqtisadi münasibətlər, o cümlədən təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrdən bəhs edərkən ilk növbədə vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Ümumilikdə, mövcud olan mühüm siyasi-iqtisadi əməkdaşlıq əlaqələri regionlararası əməkdaşlıq və inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır.
Çin Qafqaz, Xəzər hövzəsi və Orta Asiyadakı bir sıra qlobal layihələrə xüsusi maraq göstərir. Bu ölkənin diqqətini cəlb edən əsas layihələrdən biri TRACECA layihəsi çərçivəsində reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizidir. Artıq rəsmi Pekin Axalkalaki (Gürcüstan) - Qars (Türkiyə) dəmir yolunun çəkilməsi layihəsinə də maraq göstərir və onun maliyyələşdirilməsində iştirak etməyə razılıq verib. Çünki bu dəhliz Çin və Orta Asiya məhsullarının ən qısa marşrutla və qısa vaxt ərzində Avropaya daşınmasına imkan yaradacaq.
Çin-Azərbaycan münasibətlərinin inkişafı və yeni çalarlar əldə etməsində nəqliyyat-logistika əməkdaşlığı xüsusi yer tutur
Sadalananların fonunda Çin-Azərbaycan münasibətlərinin inkişafı və yeni çalarlar əldə etməsində nəqliyyat-logistika əməkdaşlığına daha geniş nəzər yetirmək lazımdır. Məlumdur ki, Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir”.
Bəhs etdiyimiz istiqamətdə bir sıra məqamlara ayrıca nəzər yetirmək gərəkdir. Bəlli olduğu kimi, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. 1998-ci ildə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRACECA müqaviləsinin məqsədi bir zamanlar iki qitə arasında ticarətin aparıldığı İpək yolunun bərpasını təmin etmək idi. Çindən ilk konteyner qatarının Bakıya gəlməsi 2013-cü il noyabrın 7-də Qazaxıstan Dəmir Yolu İdarəsinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin səyi nəticəsində mümkün olub. Bu komitə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çinin nəqliyyat və logistika şirkətlərini, o cümlədən Bakı, Aktau, Poti və Batumi limanlarını özündə birləşdirir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq. Qeyd edək ki, Transxəzər marşrutu üzrə hərəkət edəcək ilk sınaq konteyner qatarı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsində əldə olunan razılığa əsasən təşkil edilib. Layihə “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birgə həyata keçirilir. Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətədavamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli olmaq imkanlarına malikdir.
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın bütövlükdə regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülüb. Bu baxımdan, “Dəmir İpək yolu” adlandırılan, iştirakçı ölkələrin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də Avropa ilə Asiyanı bir-birinə daha yaxın edəcək BTQ layihəsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.
Ümumiyyətlə, BTQ dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası TransAvropa və TransAsiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. BTQ perspektivdə nəhəng nəqliyyat infrastrukturuna və rentabelli nəqliyyat dəhlizinə çevriləcək. Həmçinin layihə ölkəmizi Avropa ilə birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirəcək. Məhz buna görə də “Dəmir İpək yolu” layihəsini regional miqyaslı, qlobal xarakterli layihə kimi səciyyələndirmək mümkündür. Əsas məqam isə budur ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə sanballı töhfələr verəcək. Digər tərəfdən, yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinə maraq göstərirlər. BTQ dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklər 12-15 günə, yəni dəniz nəqliyyatına nisbətən azı iki dəfə tez çatdırılacaq. Bu dəmir yolu ilə yük daşımalarının həcminin mərhələlərlə 10 milyon tondan çox olacağı proqnozlaşdırılır. Artıq Polşa, Macarıstan, Litva, Albaniya, Qazaxıstan, Əfqanıstan və digər ölkələr, o cümlədən Çin bu dəmir yoluna maraq göstərirlər.
Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir
Nəticə etibarilə, çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlıq əlaqələrinə malik olan Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli maraqlarına xidmət etməklə yanaşı, müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsinin, Avrasiyanın və bütövlükdə dünyanın hərbi-siyasi, iqtisadi, ekoloji, demoqrafik və enerji təhlükəsizliyinin təmin olunmasına strateji töhfələr verir. Yeri gəlmişkən, dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Cinpinin geniş tərkibdə görüşündə münasibətlərin hazırkı inkişaf səviyyəsi və gələcəyinə dair mühüm fikirlər səsləndirilib. Prezident İlham Əliyev bildirib ki, bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırıb. İki ölkənin rəhbərləri arasında şəxsi dostluğun münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu və bunun ölkəmizin xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini deyib. Terrorizm, təcavüzkar separatizm, ekstremizm kimi təhlükələrlə mübarizədə ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın önəmini qeyd edən dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın və Çinin Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçiləri olduğunu qeyd edən Prezident İlham Əliyev hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilən görüşünün iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Nəqliyyat sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinin, texnoparklarda Çin şirkətlərinin iştirakının mümkünlüyünü qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Çin Xalq Respublikasının sədri Si Cinpin isə deyib ki, uzun illərdir Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər: “Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var”.
Bütövlükdə ekspertlərin qənaəti budur ki, Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

