Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
30.12.2015 [10:32]
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiyada Ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunun dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, 2015-ci ildə Azərbaycanın davamlı tərəqqiyə nail olunması, mühüm infrastruktur layihələrinin gerçəkləşməsi, xüsusilə beynəlxalq aləmdə təqdir edilən ədliyyə və məhkəmə sahəsində qazanılan nailiyyətlər diqqətə çatdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Sabunçu rayonunda, eləcə də Şəkidə məhkəmə komplekslərinin istifadəyə verilməsi, dövlətimizin başçısının Şəkidə keçirilən müşavirədə görülən işləri müsbət qiymətləndirməsi, eyni zamanda, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıqlar ədliyyə və məhkəmə sisteminə yüksək qayğısının və etimadının əyani təzahürü olmaqla qarşıda mühüm vəzifələrin dayandığı vurğulanıb.
İclasda ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisinin orden və medallara layiq görülməsi diqqətə çatdırılaraq, təltif olunmuş əməkdaşlara nazir F.Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilib.
Dövlət təltifinə layiq bilinmiş əməkdaşlar çıxış edərək bu təltifləri onlara göstərilən yüksək etimad kimi dəyərləndirməklə, Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Kollegiyada “Vətəndaşların müraciətləri haqqında” yeni Qanunun ədliyyə orqanlarında icrası üzrə tədbirlər müzakirə edilib, bu zaman dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları vurğulanıb.
Bildirilib ki, ədliyyə orqanlarında insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması diqqətdə saxlanılaraq bu sahədə məqsədyönlü işlər görülüb. Cari ildə nazirliyə daxil olmuş 40 minədək vətəndaş müraciətinə baxılıb, 9 min 300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib. Bu zaman qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.
İclasda Qanundan irəli gələn vəzifələr və həmçinin bu sahədə mövcud problem və çatışmazlıqlar müzakirə edilib. Vətəndaş müraciətləri ilə işin yeni Qanunun tələblərinə uyğun daha səmərəli qurulması, o cümlədən bu vacib sənədin dərindən öyrənilməsi və dəqiq tətbiqi, müraciətlərdə qaldırılan məsələlərə, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, səyyar və virtual qəbulların daha geniş təşkili və s. konkret tədbirlər müəyyənləşdirilib.
Kollegiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Bildirilib ki, 2015-ci ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı 59 minə çatıb. Onlardan 2 mindən çox akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Bələdiyyənin fəaliyyətində aşkarlanmış hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1405 hektar torpaq sahəsi geri qaytarılıb.
İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsinin, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb. Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.
Eyni zamanda, iclasda ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin nəticələri müzakirə olunub, növbəti il üçün əsas prioritetlər, o cümlədən icra və notariat xidmətlərinin, ekspertiza fəaliyyətinin müasirləşdirilməsi, insan hüquqlarının təminatı və vətəndaş məmnunluğunun yüksəldilməsi üzrə əlavə işlərin görülməsi və digər konkret tədbirlər müəyyənləşdirilib.
Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

