“The Washington Times”: Azərbaycan Vaşinqtondan dəstək gözləyir
20.01.2016 [09:55]
“The Washington Times” qəzetində Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti (ABŞ) Aleksandr Murinsonun “Azərbaycan Vaşinqtondan dəstək gözləyir” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın nüvə və radioloji maddələrin yayılmasının qarşısının alınmasında, həmçinin regional sabitlikdə oynadığı roldan söhbət açılır. Müəllifin sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin martda Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunduğunu bildirib. Məhz bu fakt Xəzər dənizi sahilində yerləşən bu kiçik ölkənin ABŞ-ın milli təhlükəsizliyində oynadığı rolun əhəmiyyətini əks etdirir.
“Regional ziddiyyətlərin mövcud olduğu hazırkı dövrdə Bakı Vaşinqtondan tənqid yox, aydın dəstək mesajları gözləyir. Taliban və İŞİD qüvvələrinin geniş yayıldığı regionda Qərblə strateji anlaşmaya malik bir ölkənin mövcudluğu çox əlverişlidir. ABŞ-ın birmənalı dəstəyi Bakını arxasında dayaq qüvvəsi olduğuna inandıracaq”, - deyə yazıda vurğulanır.
Bildirilir ki, Azərbaycanın çox mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Prezident İlham Əliyev ölkədə sabitliyi və sülhü qoruyub saxlaya bilir. Ötən ilin sonunda keçirilmiş parlament seçkilərində xalq hazırkı hakimiyyətə dəstəyini bir daha göstərdi. Çünki xalq başa düşür ki, sabitliyi qoruyub saxlamaq baxımından mövcud rəhbərliyə alternativ yoxdur. Yeni Azərbaycan Partiyası ölkənin həm şəhər, həm də kənd əhalisinin maraqlarını təmin edir.
Məqalədə qeyd edilir ki, digər Qərb ölkələri parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana rəsmi müşahidəçilər yolladıqları halda, İsrail keçmiş xarici işlər naziri Aviqdor Libermanın və ABŞ-dakı keçmiş səfir, hazırda Knesset üzvü olan Maykl Orenin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti göndərib. Bütün bunlar Azərbaycan hökumətinin regiondakı sabitliyi qorumaq bacarığına inamın göstəricisidir.
Müəllif daha sonra yazır: “Azərbaycan dəfələrlə müxtəlif güc mərkəzləri arasında manevr etmək və ölkənin müstəqilliyini qorumaq qabiliyyətini nümayiş etdirib. İlham Əliyevin güclü rəhbərliyi altında bu xətt bundan sonra da davam etdiriləcək. Əks-təqdirdə Qərb enerji planlarına və Şərq-Qərb dəhlizi layihələrinə əhəmiyyətli dərəcədə düzəlişlər etmək məcburiyyətində qalacaq. Rusiyanın enerji asılılığından xilas olmaq Avropaya heç də ucuz başa gəlməyəcək. Əgər Bakı Qərbin etibarlı dəstəyindən əmin olmasa, öz istiqamətini Moskvaya doğru dəyişəcək. Hazırda ABŞ rəhbərliyi keçmiş uğurları nəzərə almalı və Xəzər regionunda Amerika siyasətini qorumalıdır. Dördüncü Nüvə Sammitində İlham Əliyevin Ağ evin rəhbəri Barak Obama ilə birgə iştirakı ABŞ və Azərbaycanı eyni sıraya qoyur”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

