Milli Məclisin növbədənkənar iclası keçirilib
20.01.2016 [10:10]
İclasda 8 qanun layihəsi müzakirə olunaraq qəbul edilib
Dünən Milli Məclisin növbədənkənar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
O.Əsədov bildirib ki, ölkədə mövcud olan iqtisadi vəziyyət fonunda Prezident İlham Əliyev tərəfindən tədbirlər görülür və növbəti islahatlar istiqamətində müvafiq addımlar atılır: “İslahatlara başlamaq üçün Prezident İlham Əliyev tərəfindən Milli Məclisə sənədlər göndərilib. Biz bunun zərurətini başa düşərək növbədənkənar sessiya çağırdıq”.
Sonra “Valyuta tənzimi haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında”, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb. Bu məsələlər haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Z.Səmədzadə deyib ki, təqdim edilən zərfə daxil olan qanun layihələri sistemli təhlilin nəticəsidir. Mövcud iqtisadi situasiya haqqında fikirlərini bildirən Z.Səmədzadənin fikrincə, çox güman ki, Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılacaq. Onun sözlərinə görə, dünya bazarında neftin qiyməti 4 dəfə aşağı düşüb. Bunu əsas gətirən Z.Səmədzadə bildirib ki, iqtisadi planlara yenidən baxmağa ehtiyac var: “Bu gün iqtisadi planlar, xərclər dəqiqləşdirilməlidir. Biz, eyni zamanda, cari xərcləri azaltmalıyıq”.
Komitə sədri daha sonra qanun layihələri haqqında fikirlərini bildlirib: “Əmanətlərin sığortalanması haqqında” Qanun bir neçə il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim edilib. Yeni daxil olunmuş layihədə bu Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Əvvəllər 500 manata qədər olan hissədən başqa qalan hissədən faizlər tutulurdu. Yeni qanun layihəsinə əsasən isə əmanətlərə görə olan dividendlərdən heç bir faiz tutulmayacaq. Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun daha da təkmilləşdirilməsi, bankların şəraitinin yaxşılaşdırılması ilə bağlı maddələr nəzərdə tutulub. Çətinliklər olanda onların sığortalanması məsələsini də hökumət öz üzərinə götürür”.
Komitə sədri qeyd edib ki, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər Azərbaycana investisiya axınının təmin edilməsinə, yeni iqtisadi sahələrin, real sektorun yaradılmasına yönəldilib. Onun sözlərinə görə, “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun imkan verəcək ki, insanlar heç bir narahatlıq hiss etmədən əmanətlərinə sahib olsunlar və gələcəkdə ondan daha rahat istifadə etsinlər.
Komitə sədri deyib ki, yeni qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir.
Qanuna əsasən, qorunan əmanətin tam sığortalanması mümkün olacaq. Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır.
Bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək istədikdə onların müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu qanunun 3-cü maddəsinə uyğun olaraq, müvafiq dəyişikliklər edilməlidir.
Müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir. Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə bu qanuna uyğun olaraq sığortalanmamış əmanətlər üzrə kompensasiyalar “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada ödənilir.
Qanun layihələri ilə əlaqədar millət vəkillərindən Fuad Muradov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Azay Quliyev, Elmira Axundova, Vahid Əhmədov, Fəzail Ağamalı, Zahid Oruc və başqaları çıxış edərək bu sənədlərin çox vacib olduğunu qeyd ediblər. Millət vəkilləri, həmçinin bir sıra təkliflərlə çıxış ediblər.
Daha sonra Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov millət vəkillərinin suallarına və təkliflərinə münasibət bildirib. E.Rüstəmov deyib ki, bu gün manatın məzənnəsinə bir neçə amil təsir edir. Söhbət xarici amillərdən, habelə, dollarlaşma prosesi, o cümlədən möhtəkirlərin əhali arasında yaratdığı gözləntilərdən gedir. E.Rüstəmov qeyd edib ki, əhali bilməlidir ki, Mərkəzi Bank digər hökumət qurumları ilə birgə ölkədə makroiqtisadi vəziyyətin stabilləşməsi, o cümlədən manatın məzənnəsinin dinamikasının, onun proqnozlaşdırılan kəskin üzməsinin qarşısını almaq üçün çox güclü tədbirlər görmək iqtidarındadır. Onun sözlərinə görə, Prezident İlham Əliyev yanvarın 18-də keçirilən iclasda onlara beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı daha da genişləndirməklə bağlı tapşırıq verib.
“Bunlara Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı aiddir. Beynəlxalq maliyyə qurumları ilə danışıqlar, müəyyən investisiya proqramları, o cümlədən Prezidentin nəzərdə tutduğu genişmiqyaslı struktur islahatları proqramı çərçivəsində ölkəyə maliyyə resurslarının cəlb olunması variantlarına da baxılır. Artıq Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər qurumlar beynəlxalq maliyyə qurumları ilə əlaqədədir. Biz bu imkanlardan geniş istifadə edəcəyik”, - deyə E.Rüstəmov vurğulayıb.
E.Rüstəmov bildirib ki, müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində çalışırdı. Onun sözlərinə görə, hazırda valyuta bazarında situasiya sabitləşib. “Digər tərəfdən, atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj, psixoloji tələbatının ödənilməsidir. Manatın kursu ilə bağlı elektron saytlarda şayiələr yayılır, lakin bunların heç bir əsası yoxdur. Bütün iqtisadi proseslər sabitləşməyə xidmət etməlidir və bu sabitləşmə üzərində iqtisadiyyat qurulmalıdır. 2015-ci ilin ilk devalvasiyasına qədər ən çox inkişaf edən sahə bank sektoru idi. Kapitallaşma 18 faiz, 2 dəfədən çox idi. Problemli kreditlərin həcmi isə 5 faiz təşkil edirdi. Bu gün ən çox təsirlənən sistemlərdən biri bank sektorudur. Cəmiyyəti bu gün ən çox düşündürən məsələ manatın sabitliyidir. Manat, sadəcə, valyuta deyil, dövlət simvoludur. Manat və onun məzənnəsi Azərbaycan iqtisadiyyatını ifadə edir. Hazırda qarşıda dayanan əsas məsələ ölkə iqtisadiyyatının neftin bugünkü bazar qiymətinə uyğunlaşdırılmasıdır”, - deyə E.Rüstəmov qeyd edib.
İclasda, həmçinin İnzibati Xətalar Məcəlləsinə, “Dövlət satınalmaları haqqında”, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilərək qəbul olunub.
Bununla da Milli Məclisin növbədənkənar iclası başa çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04

