Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yaradıcılıq və istehsalat binası istifadəyə verilib
25.02.2016 [10:06]
Muxtar respublikada məhkumluq həyatı yaşayan insanların müxtəlif peşələr üzrə kurslara cəlbi və azadlığa buraxıldıqdan sonra öz peşələrinə uyğun işlə təmin olunması diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev çıxış edərək deyib ki, muxtar respublikada məhkumların hüquq və azadlıqlarının təmin olunması, saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, peşə vərdişlərinə yiyələnməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Məhkumların islah olunmasında əməyin böyük rolu vardır. Çünki peşə vərdişinə yiyələnmə məhkumun gələcəkdə cəmiyyətə uyğunlaşmasında mühüm rol oynayır. Müəssisənin istehsalat sahəsində bu günə kimi 64 məhkum kompüter istifadəçisi, misgərlik, ağac üzərində oyma və qazanxana maşinisti peşələri üzrə kurs keçib. Azad edilən məhkumlar öyrəndikləri peşələr üzrə fəaliyyətlərini davam etdirirlər. Suliddin Əliyev yaradılan şəraitə və göstərilən diqqətə görə şəxsi heyət adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradıcılıq və istehsalat binasının istifadəyə verilməsi ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Müstəqil Azərbaycanın hər bir vətəndaşı ölkəmiz üçün qiymətlidir. Çünki ölkənin inkişafını onun vətəndaşları təmin edirlər. İxtisası və peşəsi olan vətəndaşlar isə ölkəsi və xalqı üçün daha faydalı olur. Bu gün Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində istifadəyə verilən yaradıcılıq və istehsalat binasında da müxtəlif səbəblərdən məhkumluq həyatı yaşayan vətəndaşlarımıza peşələr öyrədiləcəkdir”.
Ali Məclisin Sədri deyib: “Məhkumluq həyatı yaşayan və peşəsi olmayan vətəndaşlar məhkumluq müddəti başa çatdıqdan sonra cəmiyyətə qayıdırlar. Müəyyən səbəblərə görə məhkumluq həyatı yaşayan bu insanların sonradan peşə öyrənmələrində müəyyən çətinliklər yaranır. Ona görə də yaradıcılıq və istehsalat sahəsində məhkumlara 10 ixtisas üzrə peşələr öyrədiləcək və onlar cəmiyyətə sənəti, peşəsi olan vətəndaş kimi qayıdacaqlar. Burada açılan ixtisaslar muxtar respublika üçün tələbat olan sahələrdir. Belə ki, muxtar respublikanın müəssisə və təşkilatlarında 500-dən artıq qazanxana fəaliyyət göstərir. Həmçinin kənd yaşayış məntəqələrində istifadəyə verilən xidmət mərkəzlərində bərbərxana, gözəllik salonları, dərzi otaqları istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yaradıcılıq və istehsalat sahəsində müxtəlif peşələri öyrənən məhkumların bir hissəsi gələcəkdə məhkumluq müddəti başa çatdıqdan sonra bu sahələrdə işlə təmin olunacaqlar”.
Qeyd olunub ki, 2012-ci ildən etibarən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində istehsalat sahəsi yaradılmış, bəzi ixtisaslar üzrə peşələrin öyrədilməsinə başlanılmışdır. İstehsalat sahəsində hazırlanan əl işlərinin muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayişi və satışı təşkil olunmuşdur. Hazırda Naxçıvan şəhərində məhkumların əl işlərinin satışı mağazası fəaliyyət göstərir. Həyata keçirilən bu tədbirlər məhkumlara peşə öyrədilməsi ilə yanaşı, həm də onların ailə büdcələrinə kömək edəcək, vaxtları səmərəli keçəcəkdir.
Ali Məclisin Sədri deyib: “Məhkumlara peşə öyrədilməsi və onların cəmiyyətə sağlam vətəndaş kimi qaytarılması qarşıda duran əsas vəzifədir. Ona görə də məhkumluq həyatı yaşayan vətəndaşlarımıza qayğı ilə yanaşılmalı, onların yenidən həyata hazırlanmaları üçün lazımi tədbirlər görülməlidir. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlara peşə öyrədilməsi ilə yanaşı, həm də oxu günləri və digər mədəni-kütləvi tədbirlər keçirilməlidir. Məhkumlar cəmiyyətdən təcrid olunmamalı, azad olunduqdan sonra ölkəsi və ailəsi üçün yararlı vətəndaşa çevrilməlidirlər”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb və binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, iki mərtəbədən ibarət olan binada istehsalat və tədris otaqları, yeməkxana və nəzarətçi otağı vardır. Burada istehsalat prosesi ilə yanaşı, kompüter istifadəçisi, nəqqaşlıq və misgərlik, ağac, daş və duz üzərində oyma, dərzi, rəssam, ayaqqabı təmiri və bərbər peşələri üzrə kurslar da təşkil olunacaqdır. Bunun üçün tədris otaqları təyinatına uyğun avadanlıqlarla təmin olunub, kompüter otağında 8 kompüter dəsti quraşdırılıb, 29 məhkumun eyni vaxtda müxtəlif peşə fəaliyyəti ilə məşğul olması üçün şərait yaradılıb. Həmçinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların əl işlərindən ibarət mağaza da fəaliyyət göstərir.
Ali Məclisin Sədri Naxçıvan şəhərində və rayon mərkəzlərində məhkumların əl işlərindən ibarət sərgi-satışların təşkili, müəssisədə toxuculuq peşəsi üzrə kursun açılması və burada keçirilən kursların müvafiq təşkilatlara hamiliyə verilməsi barədə tapşırıqlar verib, məhkumlara müvafiq peşələrin öyrədilməsində muxtar respublikada fəaliyyət göstərən sənətkarların iştirakının vacibliyini vurğulayıb.
Sonra Ali Məclisin Sədri Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların yaşayışı, qidalanması və onlara göstərilən tibbi xidmətlə maraqlanıb, müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

