İtaliya və Vatikan mətbuatı Heydər Əliyev Fondunun xristian mədəniyyətinə töhfələrindən yazır
26.02.2016 [10:27]
İtaliyanın və Vatikanın aparıcı KİV-ləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfəri çərçivəsində keçirdiyi görüşlərə, Müqəddəs Taxt-Tac ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan müzakirələrə və Fondun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasiminə geniş yer ayırıb.
“Avvenire” qəzetinin saytında yerləşdirilmiş yazıda Müqəddəs Marçellinio və Pietro katakombalarının tarixi haqqında məlumat verilir, onların xristian dünyasının önəmli mədəni dəyərlərindən olduğu vurğulanır. Qeyd olunur ki, bu katakombaların bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilib. Cari il fevralın 23-də isə katakombaların bərpadan sonra açılış mərasimi olub. Tədbirdə iştirak edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dinlərarası dialoqun önəmli dəyər olduğunu bildirib. Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi isə müsəlman ölkəsinin xristian abidəsinin bərpasına töhfə verməsinin tarixdə bir ilk olduğunu deyib.
Vatikanın geniş oxucu kütləsinə malik “News.va” xəbər saytında da açılış mərasimi ilə bağlı məlumatlar yer alıb. Məlumatlarda xüsusi vurğulanır ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarında bərpa işləri ən son texnologiyalardan istifadə edilməklə və olduqca həssas şəkildə həyata keçirilib. Yazıda qeyd olunur ki, Fond və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurası arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Belə ki, növbəti layihə Müqəddəs Sebastian sərdabalarının bərpası ilə bağlıdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vatikana səfəri çərçivəsində həmin sərdabaların bərpasına dair ikitərəfli müqavilə imzalanıb.
“Roma sette” informasiya portalında yerləşdirilmiş digər bir yazıda isə xristian abidəsinin müsəlman ölkəsinin töhfəsi ilə yenidən həyata qayıtdığı vurğulanır. Qeyd olunur ki, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanın Heydər Əliyev Fondu Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı kardinal Ravazinin çağırışına cavab verən yeganə qurum oldu. Kardinal Ravazi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu dəyərli jestini yüksək qiymətləndirdiyini bəyan edib.
Katolik xəbər agentliyi kimi tanınan “ACİ stampa” media qurumunun saytında yerləşdirilmiş yazıda isə Heydər Əliyev Fondu ilə Vatikanın Mədəniyyət üzrə Pontifik Şurası arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğundan və birgə layihələrin həyata keçirilməsindən bəhs edilir. Qeyd olunur ki, bəşəriyyət üçün önəmli dəyər olan Roma katakombaları Fondun dəstəyi ilə yenidən həyat qazanıb və gələcək nəsillər üçün saxlanılacaq. Bərpa işləri haqqında ətraflı məlumatın yer aldığı yazıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fikirlərindən sitatlar gətirilib: “Bizim ən böyük dəyərimiz ölkəmizdə müxtəlif dinlərin bir arada mövcudluğudur”.
İtaliyanın “La Repubblica” qəzetinin saytında da bu tarixi hadisə ilə bağlı geniş məqalə yerləşdirilib. Vurğulanır ki, xristian aləminin dəyərli incilərindən olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasının müsəlman ölkəsi olan Azərbaycanın dəstəyi ilə həyata keçirilməsi təqdirəlayiqdir. Yazıda, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Massimo Sarayında keçirilmiş katakombalarla bağlı təqdimat haqqında da məlumat verilir.
Vatikanda dini xəbərlərin yer aldığı ən nüfuzlu qəzetlərdən biri olan “L’Osservatore Romano”da kardinal Ravazinin məxsusi yazısı verilib. Yazıda Heydər Əliyev Fondunun dəstəyi ilə xristian katakombaları arasında önəmli yeri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı məqamlara geniş yer verilib. Bu layihənin xristian katakombalarının bərpası istiqamətində vacib mərhələ adlandırıldığı məqalədə diqqətə çatdırılır ki, incə əl işləri ilə həssaslıqla həyata keçirilmiş bərpadan sonra bu katakombalar Mərhəmət yubileyi çərçivəsində Romaya gələn turistlərin ən çox ziyarət etdiyi məkan olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

